Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-317/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X6 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati protokol əsasında qəbul edilmiş 09.08.2021-ci il tarixli MN ******* saylı qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada vəzfəli şəxs qismində 4800 ( dörd min səkkiz yüz) manat məblğində cərimə tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 həmin qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2927/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 09 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs 4 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2927/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-701/2021 nömrəli, 15.12.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X6 və Təbii Sərvətlər İdarəsinin X4 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 09 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2927/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi qərar alınmışdır. İnzibati material yenidən araşdırılıb baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclası zamanı qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X6 və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Taleh Əzizov bildirdi ki,18 iyul 2021-ci il tarixdə Bakı-Quba avtomobil yolunun 30-cu km-də yolun sol kənarında sənaye zonasında yeləşən "xxxx" MMC-də onun və digər əməkdaşın iştirakı ilə monitorinq zamanı 30 iyun 2021-ci il tarixli məcburi göstərişdə qeyd olunan tapşırıqlara riayət olunmaması müəyyən olunmuşdur. Keçirilmiş monitorinqlə bağlı 18 iyul 2021-ci il tarixli 71191 saylı akt tərtib edilmiş əməkdaşlar tərəfindən imza edilmişdir. X4 isə həmin aktla tanış olmaq və imza etməkdən imtina etmişdir və bununla bağlı akta müvafiq qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs – X4 məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X1 Atəş İsmayıl oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki MMC-yə icra üçün verilmiş 30.06.2021-ci il tarixli məcburi göstərişdə verilmiş tələblərin icra müddəti 20 gün müəyyən edilmişdir. MMC tərəfindən məcburi göstərişdə qeyd olunan tələblərin yerinə yetirilməsi barədə 4 X6 və Təbii Sərvətlər İdarəsinə 13.07.2021-ci il tarixli 103 nömrəli məktubla cavab verilmişdir. İnzibati tənbeh vermə haqqında qərar isə 09 avqust 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar məcburi göstərişdə qeyd olunan 20 gün icra müddəti gözlənilmədən qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməsini, X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib işdə olan sübutları tədqiq edərək hesab edir ki X2 şikayəti təmin olunmamalıdır. Belə ki, İnzibati materialda olan 30 iyun 2021-ci il tarixli, Ç-M9/4321-052 saylı «X7» Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün Məcburi Göstərişdə 4 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin "xxxx" MMC direktoru Atəş Rüstəmova 3 bənddən ibarət tapşırıqlar verilmişdir. Həmin tapşırıqlardan poliqon ərazisində tullantıların basdırılması zamanı texnoloji proseslərə düzgün riyaət edilməsi və tullantıların emalı və basdırılması işləri zamanı öz-özünə alışıb yanması hallarının qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsinin təmin edilməsi üçün hər hansı bir müddət qoyulmamışdır. Bu işlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məcburi göstərişdə yalnız bir bənddəki tapşırıqların, yəni poliqon ərazisinə kənar şəxslərin daxil olmasının qarşısının alınması məqsədi ilə poliqonun ərazi perimetri boyu çəpərlənərək girişin qadağan olunması barədə xəbərdaredici lövhələrin qoyulmasının təmin edilməsi üçün isə 20 gün müddət qoyulmuşdur. Məcburi göstərişdə 3 tələb qoyulsa da, onlardan yalnız birinin icrası üçün 20 gün müddət qoyulmuş, digər iki tələbin icrasının isə mütəmadi olaraq həyata keçirilməsi tapışırılmışdır. Mütəmadi icrası həyata keçirilməsi nəzərdə tutulan tələblərdən biri isə tullantıların emalı və basdırılması işləri zamanı öz-özünə alışıb-yanması hallarının qarşısının alınması üçün tədbirlərin görülməsidir ki, 30 iyun 2021-ci il tarixdə bu barədə tapşırıq verilsə də, 18 iyul 2021-ci il tarixdə Bakı-Quba avtomobil yolunun 30-cu kilometrliyində, yolun sol kənarında sənaye zonasında yerləşən məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində 1,5 ha sahədə tullantıların yenidən yanması faktı baş vermişdir. Yanğın faktı işin mübahisəssiz halıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 idarə tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, Ç-MG/4321-052 saylı məcburi göstərişdə qoyulmuş tələblərə əməl etməmişdir. Bununla da, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Qərar qanuni və əsaslı olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X6 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 09.08.2021-ci il tarixli qərarı ləğv edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136-ci maddəllərini rəhbər tutaraq, QƏRAR ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X6 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 09 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilsin və qərardan X2 verdiyi şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-317/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-317/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver