Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-317/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin EQ 21440691 nömrəli protokolu üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə mülkiyyətində olan “DAF XF 105 YÜK” markalı, **-HT-*** nömrəli avtonəqliyyat vasitəsi ilə Bakı-Qazax yolu, 241.1-ci km Bakı istiqamətində qaydaları pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət versə də, nəticə əldə olunmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsi onun mülkiyyətində olsa da, o həmin nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə X3 (FİN:5NVA6K0) avtomobili idarə etmək üçün etibarnamə vermişdir. İnzibati qərar isə həmin etibarnamənin qüvvədə olduğu tarixdə qəbul edilmişdir. Lakin, inzibati qərar avtomobili həmin vaxt faktiki idarə edən və sonuncu etibarnamə verilən şəxs X3 deyil, texniki səhv olaraq onun adına gəlmişdir. Buna görə də hesab edir ki, qərar qanunsuz və əsassızdır. Daha sonra qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə ünvanlayaraq şikayət və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 və protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə X1nun müdafiəçisinin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-317/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-317/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver