Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3171/2021 27.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 08.09.2021-ci il tarixdə X1 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 27.06.2021-ci il tarixdə 23 nömrəli orta məktəbin ərazisində quraşdırılmış ümumi dəyəri 100 manat dəyərində bir ədəd su motoru və 15 vinti, 30.08.2021-ci il tarixdə X3 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 25.06.2021ci il tarixdə X10 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 90 manat dəyərində bir ədəd su sayğacını, 08.09.2021-ci il tarixdə X2 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 15.09.2021-ci il tarixdə X4 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 05.09.2021-ci il tarixdə X7 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88,58 manat dəyərində bir ədəd su sayğacını, 14.08.2021-ci il tarixdə X5 məxsus ümumi dəyəri 90 manat olmaqla, 20 manat qəpik pul, 29 manat və pivə aparatının mis hissəsini oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3171/2021, 3(060)- 3172/2021, 3(060)-3173/2021, 3(060)-3174/2021, 3(060)-3175/2021, 3(060)-3176/2021, 3(060)-3177/2021, 3(060)-3178/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3178/2021 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 27 sentyabr 2021-ci il tarixə, saat 17:50-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3171/2021, 3(060)-3172/2021, 3(060)-3173/2021, 3(060)- 3174/2021, 3(060)-3175/2021, 3(060)-3176/2021, 3(060)-3177/2021, 3(060)-3178/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3178/2021 nömrə ilə birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3171/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3171/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver