Məhkəmə qərarları › İş №3(060)-3171/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3171/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3171/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini və protokolu tərtib etmiş və həmin protokol üzrə qərar çıxarmış YPX əməkdaşı barəsində xüsusi qərar çıxarılıb xidməti fəaliyyətinin yoxlanılması üçün müvafiq quruma göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, o xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Səməd Vurğun küçəsi ilə hərəkət edib, X2 küçəsinə dönən zaman YPX əməkdaşları ona saxla əmri vermişdir. Dərhal əmrə tabe olub yolun sağ çiynində maşınını saxlayıb, YPX əməkdaşının maşına yaxınlaşmasını gözləmişdir. YPX əməkdaşı ona yaxınlaşmış, özünü təqdim etmiş, “qoşa xəttin tələbini pozduğuna görə” saxlanıldığını bildirmiş və 60 (altmış) manat 3 cərimə balı tətbiq olunacağını demişdir. O, etiraz etdikdə isə ona 327.1-ci maddə ilə cərimə protokolu tərtib etmişdir. YPX əməkdaşının tərtib etdiyi protokol və bu protokola əsasən çıxarılmış qərar əsassızdır. Belə ki, o manevr edən zaman İXM-in 327.1-ci maddəsində göstərilmiş qanunun və heç bir nişanın (və ya nişanlanma xəttinin) tələbini pozmamışdır. Sadəcə qarşısındakı nəqliyyat vasitəsi ilə birlikdə yol ayrıcına daxil olmuşdur. Qarşı hərəkət zolağının boş olduğu anda da, hərəkətinə davam edərək, bir tərəfli hərəkət istiqamətində olan küçəyə daxil olmuşdur. YPX əməkdaşı ilk saxladığı zaman 60 (altmış) manat və 3 cərimə balı dediyi pozuntu İXMin 327.2-ci maddənin tələbi olmuşdur. Lakin sonradan inspektor fikrini dəyişərək, İXM-in 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişdir. Daha doğrusu məsuliyyətə cəlb edildiyini yerində bilməmişdir, çünki ona heç bir kağız daşıyıcıda protokolun surətini təqdim etməmişdir. Hesab edir ki, inzibati xəta olmadığına görə inzibati məsuliyyət də yoxdur. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini və protokolu tərtib etmiş və həmin protokol üzrə qərar çıxarmış YPX əməkdaşı barəsində xüsusi qərar çıxarılıb xidməti fəaliyyətinin yoxlanılması üçün müvafiq quruma göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X6 Şöbəsinə bildiriş göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışında nümayəndəsinin iştirakını və X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar