Məhkəmə qərarları › İş №3(060)-3174/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3174/2022

20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3174/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X1 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə X1 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət protokoldan verilmiş, şikayətə həmin protokol əsasında qəbul edilmiş qərar əlavə edilsə də, şikayət qərardan yox, məhz protokoldan verilmişdir. Həmçinin hadisənin törədildiyi yer Bakı şəhəri ərazisidir, lakin aidiyyat qaydası pozularaq şikayət Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir, məhkəmə protokoldan yox, qərardan verilmiş şikayətə baxır. Hazırkı şikayətdə isə protokol mübahisələndirilmişdir. Həmçinin şikayət aidiyyat məsələləri pozularaq verilmişdir, hadisə Bakı şəhəri ərazisində törədilsə də, şikayət Sumqayıt Şəhər Məhkəməsinə verilmiş, bununla bağlı əsaslandırılmış vəsatət verilməmişdir. Buna görə də göstərilən hallar şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Odur ki, X1 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. X2 izah edilməlidir ki, məhkəmə inzibati xəta haqqında icraatda protokoldan yox, qərardan verilmiş şikayətə baxır, həmçinin iş aidiyyatı üzrə düzgün göndərilməmişdir, göstərilən nöqsanları aradan qaldıraraq, şikayətində inzibati xəta haqqında iş üzrə qərarı qeyd etməklə, inzibati xəta haqqında qərardan verilmiş şikayətlə inzibati xətanın baş verdiyi yer üzrə, ya da Qanunda göstərilən aidiyyat qaydalarına əməl etməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 132ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti icraata qəbul edilməsin, X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, aidiyyat qaydalarına əməl etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar