Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3175/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci polis Bölməsinin polis sahə rəisi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixində saat 13:00-da Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32 ünvanında aralarında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32 ünvanında aralarında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, inzibati xəta üzrə özünü təqsirli bilir, zərər çəkmiş şəxs onun qonşusudur, aralarında yaranmış mübahisə zamanı onu taxta parçası ilə vurmuşdur. Həmçinin, bildirmişdir ki, o, zərər çəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 20 sentyabr 2025-ci il tarixdə həyətə düşərkən Şəxs anasının onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Buna görə də onların evinə yaxınlaşaraq qapını döymüş, qapını Şəxs açmışdır. O, Şəxs anasının onu niyə təhqir etdiyini soruşmuş, Ceyhun isə cavab olaraq onun pis yolda olan birisi olduğunu demişdir. Bundan sonra onlar arasında mübahisə baş vermiş, Şəxs onu taxta parçası ilə vurmuş, saçını yolmuşdur. Bu zaman onun boynunda olan qızıl sep də qırılıb itmişdir. Həmçinin, bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. O, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 28 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 13:00-da Sumqayıt şəhəri, 11ci mikrorayon, ev 32 ünvanında aralarında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onu sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 1505 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol əlin, sol saidin qançırları və sol əlin V barmağının səthi əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar və müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 20.09.25-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 1509 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: boyun sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsin göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs, Şəxs əməllərində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və iş materialları Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyan ödənildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin, iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərər çəkmiş şəxs ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını, ona dəymiş ziyan ödənilməsini və sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3175/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3175/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver