Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3176/2025 08.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Şikayət verən vəzifəli şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 18 noyabr 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarından vəzifəli şəxs X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən vəzifəli şəxs X3 şikayətlə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin 18 noyabr 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron- Xızı regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin xx.xx.2025-ci il tarixli, MN №0030869 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539,1.1ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə edilmişdir. AR ƏƏSMN yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin xx.xx.2025-ci il tarixli, MN №0030869 saylı qərarı ilə razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırılma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası vətəndaşı Həziyev Həzi şikayəti ilə bağlı bizə AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Anar Şabanovun adından xx.xx.2025-ci il tarixdə 3-12-5/2- 94349/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub daxil olmuşdur. Məktubda əmək hüquqları pozulmuş Həziyev Həzinin iyul-avqust aylarına aid müvafiq sənədlər tələb olunmuşdur. xx.xx.2025-ci il tarixdə 5 nömrəli məktubla AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Anar Şabanova və eyni zamanda eyni məzmunlu AR ƏƏSMN X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin adı ilə daxil olmuş 3-17 5/2- 106362/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktuba xx.xx.2025-ci il tarixdə 8 nömrəli məktubla Həziyev Həzi adlı şəxsin iyul-avqust aylarında Merano Construction MMC-də əmək fəaliyyətinə cəlb edilmədiyi barədə məlumat verilmişdir. Əlavə olaraq məlumat vermək istəyir ki, şikayətçi Həziyev Həzi onlarla aprel ayının 28-i əmək münasibətlərinə xitam verildikdən sonra eyni tikinti ərazisində onlarla podrat müqaviləsi əsasındə münasibəti olan sahibkar fiziki şəxs Əmiraslanov Yadigarla may-avqust aylarında əmək münasibətlərində olub. Həziyev Həzinin hüquqları may-avqust aylarında pozulduğunda barələrindəki şikayətinin texniki səhv olduğunu öz ərizəsi ilə xx.xx.2025-ci il tarixdə AR ƏƏSMN yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə və xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə AR ƏƏSMN yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət etmişdir. Yuxarıda göründüyü kimi qurum tərəfindən lazımı araşdırma aparılmamışdır. Belə ki, protokol tərtib edilən zaman nəzərə alınmamışdır ki, onlarla işləri görən şirkət arasında podrat müqaviləsi olmuş və o, da onun işçisi olmuşdur. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin d bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu məcəllə şamil edilmir. Göründüyü kimi heç bir əsas olmadan qeyri-qanuni barələrində inzibati xəta törətməyi ilə bağlı qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayət vermiş vəzifəli şəxsin şikayətini və çıxışını dinləyib, iş materialları ilə əlaqəli şəkildə öyrənərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin 18 noyabr 2025-ci il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-106362/2025 nömrəli məktubdan görünür ki, X4 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığı tərəflərindən baxılmış vətəndaşın şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvana xx.xx.2025-ci il tarixli 3-17-5/2-94349/2025 nömrəli göndərilən məktub da qeyd edilən sənədlər 7 iş günü ərzində Xidmətin Abşeron- Xızı regional şöbəsinə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər tərəflərindən cari tarixədək təqdim edilməmişdir. İş materiallarında olan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN №0030869 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilmişdir. İş materiallarında "xxxx" Construction” MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X8 "xxxx" Construction MMC-də əmək fəaliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, X3 ilə vətəndaş X4 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə 3-12-5/2-94349/2025 nömrəli məktub xx.xx.2025- ci il tarixdə göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə verilməsi tələb edilmiş lakin sənədlər həmin müddət ərzində deyil 7 (yeddi) iş günündən gec olaraq təqdim edilmişdir. Bununla da, X3 qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya da yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin sorğusu 7 (yeddi) iş günü müddətində cavablandırılmamışdır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 539.3-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin 18 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Vəzifəli şəxs X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin 18 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəis müavini Fəxri Əlişzadənin 18 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-3176/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3176/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver