Məhkəmə qərarları › İş №3(060)-3178/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3178/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3178/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 08.09.2021-ci il tarixdə X1 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 27.06.2021-ci il tarixdə 23 nömrəli orta məktəbin ərazisində quraşdırılmış ümumi dəyəri 100 manat dəyərində bir ədəd su motoru və 15 vinti, 30.08.2021-ci il tarixdə X3 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 25.06.2021ci il tarixdə X10 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 90 manat dəyərində bir ədəd su sayğacını, 08.09.2021-ci il tarixdə X2 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 15.09.2021-ci il tarixdə X4 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 05.09.2021-ci il tarixdə X7 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88,58 manat dəyərində bir ədəd su sayğacını, 14.08.2021-ci il tarixdə X5 məxsus ümumi dəyəri 90 manat olmaqla, 20 manat qəpik pul, 29 manat və pivə aparatının mis hissəsini oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, 08.09.2021-ci il tarixdə X1 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 27.06.2021-ci il tarixdə 23 nömrəli orta məktəbin ərazisində quraşdırılmış ümumi dəyəri 100 manat dəyərində bir ədəd su motoru və 15 vinti, 30.08.2021-ci il tarixdə X3 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 25.06.2021-ci il tarixdə X10 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 90 manat dəyərində bir ədəd su sayğacını, 08.09.2021-ci il tarixdə X2 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 15.09.2021-ci il tarixdə X4 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 80 manat dəyərində bir ədəd su sayğacını, 05.09.2021-ci il tarixdə X7 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88,58 manat dəyərində bir ədəd su sayğacını, 14.08.2021-ci il tarixdə X5 məxsus ümumi dəyəri 90 manat olmaqla, 20 manat qəpik pul, 29 manat və pivə aparatının mis hissəsini oğurlamışdır. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 26.09.2021-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 26.09.2021-ci il tarixdə saat 22:50-də inzibati qaydada tutulmuş, 27.09.2021-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, proses iştirakçılarının izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı, 27.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs tərəfindən əməlin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. Şəxs 01 gün tutulduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti 24 (iyirmi dörd) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə və fiziki şəxs X5 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 göstərdiyi 9 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar