Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3179/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional vəkil bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X3, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X7 iştirakları ilə, xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X9 tərəfindən 28 sentyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-678/2020 saylı, 12.03.2020-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə yaranmış 7260 manat aliment borcunu üzrsüz səbəbdən qərəzli olaraq ödəməmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X9 bildirdi ki, tərəfindən 28 sentyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-678/2020 saylı, 12.03.2020-ci il tarixli icra sənədinə əsasən 18 noyabr 2019-cu il tarixdən etibarən 14.08.2008-ci il təvəllüdlü X1, 25.07.2009-cu il təvəllüdlü X2 və 05.11.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay sabit pul məbləğində 110 manat olmaqla, ümumilikdə 330 manat miqdarında aliment Şəxs tutularaq X5 verilməsi müəyyən edilmişdir. Hazırki müddətə icra sənədi üzrə borclunun 7260 manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə borclu şəxsin adına əmlak olmadığını, indiyədək borcundan heç bir ödəniş etməməsi və alimenti ödəməkdən qərəzli boyun qaçırdığını nəzərə alaraq barəsində inzibati xətaya dair protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsasən hər ay 3 övladı üçün ümumilikdə 330 manat miqdarında olmaqla aliment öhdəliyindən xəbəri vardır. Nikahları pozulduqdan sonra aralarında razılığa gəlmişlər, övladları üçün alış-verişlər edib onlara baş çəkmiş, övladları üçün paltarlar almış, kommunal xərclərini ödəmiş, onların ehtiyacı üçün tələbkara ödənişlər də etmişdir. Lakin bununla bağlı hər hansı bir çek sənədini məhkəməyə təqdim edə bilmir. Bundan başqa icra məmuru tərəfindən ona icra ödənişi ilə bağlı hər hansı bildiriş, sms xəbərdarlığı edilməmişdir. Odur ki, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən icra sənədi üzrə tələbkar X8 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-678/2020 saylı, 12.03.2020-ci il tarixli icra sənədinə əsasən 18 noyabr 2019-cu il tarixdən etibarən 14.08.2008-ci il təvəllüdlü X1, 25.07.2009-cu il təvəllüdlü X2 və 05.11.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay sabit pul məbləğində 110 manat olmaqla, ümumilikdə 330 manat miqdarında aliment Şəxs tutularaq ona verilməlidir. Keçmiş həyat yoldaşı dəfələrlə aliment ödənişi üçün ondan şikayət etməməsini, əlindən gələni edəcəyini, uşaqlarının xərcini öhdəsinə götürəcəyini dediyindən o da indiyə qədər şikayət etməmişdir. Lakin nikahları pozulduqdan sonra borclu şəxs tərəfindən heç bir aliment ödənişi edilməmişdir. Bir neçə dəfə meyvə və s. kimi bazarlıq edərək övldlarına baş çəkmişdir. Onun uşaqlarının xərclərini ödəməsinə, kommunal xərclərini ödəməsinə, ona maddi yardım etməsinə dair dedikləri həqiqətə uyğun deyildir. Hazırda borclu şəxsin aliment borcu 7260 manat təşkil edir. Odur ki, həmin məbləğin tam şəkildə ona ödənilməsini tələb edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində protokol tərtib edilmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatlarını və müdafiəçinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-678/2020 saylı, 12.03.2020-ci il tarixdə verilmiş icra sənədinə əsasən 18 noyabr 2019-cu il tarixdən etibarən 14.08.2008-ci il təvəllüdlü X1, 25.07.2009-cu il təvəllüdlü X2 və 05.11.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay sabit pul məbləğində 110 manat olmaqla, ümumilikdə 330 manat məbləğində aliment Şəxs tutularaq X5 verilməsi müəyyən edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, protokol tərtib olunan dövrə Şəxs adına qeydə alınmış əmlak və onunla bağlanmış əmək müqaviləsi yoxdur. İş materiallarından görünür ki, Cabbarov Şəxs Səidə Sərdar qızı ilə nikahlarının pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair mülki iş üzrə məhkəmə iclasında iştirak etmiş, hər ay 3 uşaq üçün ümumilikdə 330 manat məbləğində aliment öhdəliyindən xəbərdar olmuşdur. Şəxs tərəfindən hazırki müddətədək icra sənədi üzrə heç bir aliment ödənişi edilməmişdir. Həmçinin borclu şəxsin izahatında qeyd etdiyi digər ödənişləri etməsi ilə bağlı hər hansı bir çek sənədi də məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar borclu şəxs tərəfindən qərəzli olaraq məhkəmə qətnaməsinin icra olunmamasını göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkəttləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən, saat 15:40-dan hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3179/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3179/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver