Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-318/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X1 ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi inzibati xəta haqqında 28 yanvar 2025-ci il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi (bundan sonra DNERBGİ) tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Dəniz Nəqliyyatı və X6 Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3200/012/000288 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına göndərilən mal xx.xx.2025-ci il tarixdə saat 08:12-də “Yalama” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin mallar 16 yanvar 2025-ci il tarixdə **********0462 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən **********0462 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Dövlət Gömrük Komitəsinin X2 Sisteminin informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. **********0462 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından bu fakt aydın görünür. Belə ki, "Technoil” MMC-nin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “QOQ Lukoil-Permnefteorqsintez” şirkəti tərəfindən göndərilən “sürtkü yağları və digər yağlar” adlı yükün xx.xx.2025-ci il tarixdə saat 08:12-də “Yalama” gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim etməli olduğu halda, təqdim etmədiyi müəyyən edilmişdir. Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə, Şəxs MMC tərəfindən İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli 0**********0462 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “sürtkü yağları və digər yağlar” yükü daxil olmuşdur. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, 0**********0462 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə 15:01 radələrində rəsmiləşdirilmişdir. “Malın çatdırılması və boşaldılması haqqında” çıxarışdan görünür ki, "Technoil” MMC-nin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “Lukoyl- Permnefteorqsintez” şirkəti tərəfindən göndərilən “sürtkü yağları” adlı yükün xx.xx.2025-ci il tarixdə saat 08:12-də “Yalama” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Nümayəndə Şəxs MMC-nin qanuni təmsilçisidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən Şəxs MMC-nin istehsal müdiri vəzifəsində çalışan X4 şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi həvalə olunmuşdur. İnzibati araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi İlkin Zeynalov izahat verərək məhsulu aldıqları xarici şirkət tərəfindən yükün gömrük sərhədinə yaxınlaşması barədə məlumat təmsil etdiyi şirkətə gec bildirildiyi üçün qısa idxal bəyənnaməsinin gömrük orqanına təqdim edilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. İş materiallarında bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. GM-nin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.2-ci maddəsinə görə GM ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, Şəxs MMC Rusiya Federasiyasından idxal edilmiş yüklərə dair GM-nin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisnə daxil olanadək elektron qaydada Gömrük orqanına qısa idxal bəyannaməsi təqdim etməli olduğu halda həmin qısa idxal bəyənnaməsini təqdim etməməklə inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-318/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-318/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver