Məhkəmə qərarları › İş №3(060)-3180/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3180/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3180/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, xx.xx.1985-ci ildə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3180/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarına xitam verilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, 25.02.2021-ci il tarixli protokol tərtib edilmişdir. DİN Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş İXP ******* №-li inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 28.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3180/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs 25.10.2021-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək cəriməni ödədiyi üçün həmin qərara xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş Sumqayıt ŞPİ DYPŞ-nın İTÜBİ polis mayoru Emil Vəliyev tərəfindən tərtib olunmuş arayışdan müəyyən olunur ki, Şəxs barəsində bu günə kimi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin “X1” komputer məlumat xidməti bazasına əsasən ödənilməyən cərimə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və DİN Bakı şəhəri Xətai rayon Polis İdarəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində ödənilməyən cərimə olmadığından onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərara xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3180/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarına xitam verilməsi barədə Şəxs vəsatəti təmin olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3180/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar