Məhkəmə qərarları › İş №3(060)-3182/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3182/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3182/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət yol polis şöbəsinin İTÜİ polis leytenantı X3 tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1 olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs ASC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə 14 avqust 2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC-nin hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı bu günə kimi göndərilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1957/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadı ilə Azərxalça” ASC barəsində İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş 14 avqust 2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 29.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 13 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, 02.04.2021-ci il tarixdə ASC-yə məxsus “X7” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş fiziki şəxs İXM-nin 469.3-cü maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. 26.04.2021-ci il tarixdə qeyd olunan avtomobili idarə edən fiziki şəxs barəsində ASC-yə bildiriş daxil olmuş və 5 gün müddətində fiziki şəxs barədə DYPŞ-nə məlumat verilməsi istənilsə də bu barədə tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət yol polis şöbəsinə məlumat verilməmişdir. Hazırda İXM-nin 347-ci maddəsinin dispozisyasında qeyd olunan cəriməni ödəməyə hazır olduqlarını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs ASC İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan MMX-dan görünür ki, 02.04.2021-ci il tarixdə saat 08:06-da Azərbaycan prospekti istiqamətində “X7” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanma qaydalarını pozmuşdur. Protokola əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs ASC-yə məxsus “X7” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də Şəxs ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət yol polis şöbəsinin “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən görünür ki, Şəxs ASC tərəfindən 26.04.2021-ci il tarixində sürücü Elşən Mirzəyev soyadlı şəxs tərəfindən qəbul edilmiş lakin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət yol polis şöbəsinə məlumat verilməmişdir. İXM-nin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1 olan Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar