Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3184/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən AZ5002, Sumqayıt Şəhəri, Kimyaçılar, ev 1 ünvanında qeydiyyatda olan Şəxs Açıq Səhmdar Cəmiyyəti - (bundan sonra mətndə Şəxs ASC) (VÖEN **********) barəsində 14.08.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 26.04.2021-ci il tarixdə vermiş olduğu sorğuya əsasən Şəxs ASC tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 (005)-1958/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadı ilə Şəxs ASC barəsində İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş AP seriyalı ******* nömrəli, 14 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki Şəxs ASC-nin hüquqi ünvanı Az5002, Sumqayit Şəhərı̇ , Kı̇ myaçılar, ev 1 olsa da inzibati xəta haqqında protokolda Bakı şəhəri Nərimanov rayonu, S.Rəhimov küçəsi, ev 2 kimi qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, həqiqətən də Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 26.04.2021-ci il tarixdə vermiş olduğu sorğuya əsasən Şəxs ASC tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat təqdim edilməmişdir. Belə ki sorğuya cavab verilməsinə dair hər hansı bir qəbz də yoxdur. Törədilən əməlin inzibati xəta olduğunu etiraf edir. Ona görə də Şəxs ASC-nin hazırki iş üzrə bu dəfəlik inzibati məsuliyyətdən azad edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 14.08.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-yə məxsus “Hyundai” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün 01.04.2021-ci il tarixdə saat 18:29 radələrində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də Şəxs ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə məlumat verilməmişdir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xəbərdarlıqdan və xəbərnamədən görünür ki, Şəxs ASC sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdar edilmiş və 26.04.2021-ci il tarixdə xəbərnamə digər qaydada qrafasında sürücü Elşən Mirzəyev tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs ASC (VÖEN **********)-nin hüquqi ünvanı AZ5002, ünvan 2qi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsinin izahatı və inzibati işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə-Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: AZ5002, Sumqayıt Şəhəri, Kimyaçılar, ev 1 ünvanında yerləşən Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3184/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3184/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver