Məhkəmə qərarları › İş №3(060)-3184/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3184/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3184/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7598711 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7598711 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə zərər çəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, onun nəqliyyat vasitəsi hazırda yararsız haldadır. Bu səbəbdən onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə deyil, nəqliyyat vasitəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz etirafedici izahatı ilə yanaşı, protokola əlavə edilmiş inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP7598711 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “CHANGAN CS55 PLUS-İN-HİBRİD MİNİK” markalı **-HS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə 1964-cu il təvəllüdlü X10 və 1999-cu il təvəllüdlü X3 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2025-ci il tarixli, 1613 nömrəli rəyindən görünür ki, X9 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT.Boyunun küt travması. Sağ alın nahiyəsinin hematoması. Sağ alın təpə nahiyəsinin yarası. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 13.10.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2025-ci il tarixli, 1612 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ qalça çuxurunun yerdəyişməyən sınığı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 13.10.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2025-ci il tarixli, 1608 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol saidin sıyrığı, sol diz oynağı nahiyəsinin hərəkət məhdudluğu ilə müşayət olunmuş dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraidə, yəni 13.10.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. “General Mobile” markalı mobil telefon cihazına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri Nərimanov-P.Kəşimov küçələrinin kəsişməsində iki minik avtomobilinin toqquşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş və Toyota Aqua markalı 77-VK132 dövlət qeydiyyat nişanlı avtoomobilin sürücüsü X4 tərəfindən təhqiqata təqdim edilmiş ona məxsus 01 ədəd ağ rəngli korpusu olan «General Mobile» markalı mobil telefon cihazına sonuncunun iştirakı ilə tərəfimdən baxış keçirildi. Baxış zamanı həmin mobil telefonun korpusunun arxa və ön hissələrinin, şüşə hissəsinin zədələndiyi aşkar edildi. Baxış zamanı baxışı keçirilən «General Mobile» markalı mobil telefon cihazının fotoşəkilləri çəkildi, bu barədə tərtib edilmiş protokola əlavə edildi. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Şəxs təhqiqat zaman verdiyi izahatından görünür ki, idarə etdiyi «Changan CS 55» markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtoomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə İcra Hakimiyyətinin dairəsi istiqamətində düzünə hərəkətdə oluqdan sonra işıqforun yaşıl işığında sola P.Həşimov küçəsinə doğru sola dönmə manevri edib təxminən 15-20 km/saat sürətlə düzünə hərəkətini davam etdirib Nərimanov küçəsinin əks hərəkət yolu ilə kəsişməsində yerləşən yolayrıcına daxil olmuş və həmin sürətlə yolayrıcını keçdiyi zaman sağ istiqamətinə baxdıqda həmin istiqamətdə yaxın məsafədə hər hansı nəqliyyat vasitəsinin hərəkətini görməmiş və hərəkətinə davam edib yolayrıcını digər tərəfə keçməyi bitirməyinə az məsafə qalmış, sağ istiqamətindən, yəni Nərimanov küçəsi ilə «Karvan» bazarı istiqamətində sürətlə düzünə hərəkət edən Toyota markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə həmin sürətlə də yolayrıcına daxil olaraq, qabaq hissəsi ilə avtomobilinin sağ orta hissəsindən toqquşmuş, zərbənin təsirindən avtomobilin sol istiqaməti üzrə asfalt örtüyünün üzərinə aşmış və yararsız hala düşmüşdür. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisədən sonra təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya müraciət etmiş və tibbi müayinələrdən keçmişdir. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. P.Həşimov küçəsi ilə Nərimanov küçəsinin kəsişməsinə doğru təxminən saatda 15-20 km sürətlə düzünə hərəkət edib, yolayrıcına daxil olduğu zaman qarşıda yolun digər tərəfindən və sol tərəfindən quraşdırılmış işıqfora baxdıqda işıqforun yaşıl işığının yandığını görmüş və ona görə də əminliklə yolayrıcına daxil olmuşdur. Həmçinin, artıq yolayrıcında olduğu zaman və yolayrıcını keçmək üçün hərəkətini davam etdirdiyi zaman, sağ istiqamətinə baxmış, yaxın 20-30 metr məsafəlikdə həmin istiqamətdən hər hansı nəqliyyat vasitəsinin gəldiyini görməmişdir. Görünür ki, Toyota markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə sürətlə hərəkət edərək yolayrıcına daxil olmuş və həmin yolayrıcında nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində avtomobilinin detal və şüşə hissələri zədələnərək avtomobil yarasız hala düşmüşdür. Başqa ona məxsus hər hansı əşya zədələnməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar