Məhkəmə qərarları › İş №3(060)-3186/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3186/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3186/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 29 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş X1 17.09.2021-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71, mənzil 127-nin qarşısında saxlaığı “Hundai Create minik” markalı maşınından oğurluq olması barədə məlumat vermişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 100, 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-nin 227-ci maddəsinin dispozitsiyasına əsasən “Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs” tətbiq edilir. İş materialında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 23.09.2021-ci il tarixli qərardan görünür ki, X2 məxsus “Hundai Create minik” markalı **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 350,00 manat dəyərində əmlakı oğurlayan naməlum şəxslərin kimliyinin müəyyən edilərək barəsində İXM-nin 227-ci maddəsilə tədbir görülməsi üçün materiallar Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan inzibati protokolun inzibati xətanın mahiyyəti hissəsində Şəxs nə vaxt, harada hansı inzibati xətanı törətməsi ümumiyyətlə qeyd edilməmişdir. Bundan başqa Şəxs ümumiyyətlə izahatı alınmamış, həmçinin Şəxs adından tərtib edilmiş vəkildən imtina barədə ərizədə Şəxs imzası olmamış, həmçinin xırda oğurluq hadisəsinin məhz Şəxs tərəfindən törədilməsini sübut edən heç bir sənəd materiala əlavə edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Sumqayıt şəhər polis idarəsi 3cü polis bölməsinin sahə rəisi Faiq İsgəndərov İXM-nin 227-ci maddəsi ilə məhz Şəxs inzibati xəta törətməsinin sübutu kimi materialda olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 23.09.2021-ci il tarixli qərara istinad etsə də, həmin qərarda söhbət naməlum şəxslərin xırda oğurluq törətməsindən gedir. Göründüyü kimi Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsinin sahə rəisi Faiq İsgəndərov tərtib eidiyi inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin tələblərini kobudcasına pozmuşdur. Yuxarıda qeyd edilən pozuntular Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. İXM-nin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsinin sahə rəisi Faiq İsgəndərov tərəfindən Şəxs barəsində tərtib olunmuş 29 sentyabr 2021-ci il tarixli, MN № ******* №li inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar