Məhkəmə qərarları › İş №3(060)-3186/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3186/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3186/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs:Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru Niyaməddin Həsənov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək Sumqayıt şəhəri İcra Hakimiyyətinə məxsus olan dekorativ gül dibçəklərinə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, etibarnamə ilə idarə etdiyi Wolksvagen Passat markalı 90TL246 nömrəli avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 04:50 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti istiqamətində hərəkətdə olan zaman İcra hakimiyyətinin ərazi bərabərliyində yuxuladığı üçün idarəni itirərək yolun sağ kənarında qoyulmuş dekorativ gül dibçəklərinə çırpılmış və nəticədə Sumqayıt şəhəri, İcra hakimiyyətinə məxsus iki ədəd gül dibçəyinə maddi ziyan dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Hadisə zamanı yol patrul xidməti əməkdaşı onu tibbi müayinəyə aparmışdır. Müayinə zamanı onun sərxoş olduğu aşkarlanmışdır. Hadisədən bir az əvvəl anasının ad günü olması ilə bağlı məclisdə spirtli içki qəbul etmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs- Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNHÜ inspektoru X2 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının 5177 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 05:00-da alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmiş, nəticədə Sumqayıt şəhəri İcra Hakimiyyətinə məxsus olan dekorativ gül dibçəklərinə maddi ziyan dəymişdir. Bu özünün təsdiqedici ifadəsi, tərtib edilmiş protokol və digər sübutlarla təsdiq edilir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat cərimə edilsin. Qərarın icra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar