Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3189/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, Sumqayıt Kimya Sənaye Parkı olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsinə əsasən 21 sentyabr 2021-ci il tarixli 00700-0188/21 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) tərəfindən ümumi dəyəri 105.177.92 ( bir yüz beş min yüz yetmiş yeddi dollar 92 sent) ABS dolları olan yükü Sumqayıt Baş Gömrük İdarəsində 5 qömrük bəyannaməsi (**********6814, **********6945. **********9251, **********9253. **********0506) ilə konsionasiva yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilinda əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürtməli olan 105177.92 ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə Sumqayıt Baş Gomrük idarəsinin Təhqiqat Bölməsinə 34/012/001598 sayli, 08.06.2021-ci il tarixli raport daxil olmuşdur. Faktla əlaqədar Sumqayıt Baş Gömrük idarasi Əmaliyyat va təhqiqat şöbəsi, Təhqiqat bölməsində olan Şəxs MMC barəsində iXM-nin 483-cü maddəsi ilə 00700-0188/21 saylı inzibati xata haqqında iş üzrə icraat başlanılaraq araşdırma aparılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 21 sentyabr 2021-ci il tarixli 00700-0188/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 30.09.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 13 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli qərardadından görünür ki, Şəxs MMC İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan Sumqayıt BGİ tərəfindən Şəxs MMC-yə ünvanlanmış 31.08.2021-ci il tarixli 1500-013/003-24/000932 saylı məktubdan görünür ki, qöndərilərək şirkətin səlahiyyətli nümayəndəsi izahat vermək, aparılan prosessual hərəkətlərdə iştirak etməsi üçün Sumqayıt BGİ-nə dəvət olunmuş, habelə səlahiyyətli nümayəndənin gəlməməsinin inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olmadıqı barədə məlumat verilmişdir. Lakin Şəxs MMC -dən heç bir nümayəndə gəlməməsi qeyd olunmuşdur. İş materiallarında olan Sumqayıt BGİ tərəfindən "xxxx" ASC-nin Nərimanov filialına ünvanlanmış 31.08.2021-ci il tarixli 1500-013/003-24/00933 savlı məktubundan görünür ki, Şəxs MMC-nin 5 ədəd qömrük bəyannaməsi üzrə ixrac etdiyi malların müqabilində valyuta vəsaitlərinin qaytarılıb-qaytarılmaması, qaytarıldığı təqdirdə hansı həcmdə qaytarılması və qaytarılan məbləğlərə aid müvafiq təsdi təsdiq edici sənədləri təqdim etməsi üçün "xxxx" ASC-nin Nərimanov Filialına müraciət edilmiş, bu günə kimi sorğu cavablandırılmaması qeyd olunmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 5 Gömrük bəyannaməsi ilə “İxrac” gömrük prosedurunda rəsmiləşdirilmiş “Ferrosilisium tərkibində 55 kütlə %-dən çox silisium olan" yükü müvafiq olaraq 14.09.2020-ci il tarixindən 30.09.2020-ci il tarixədək olan dövr ərzində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış, lakin qeyd olunan bəyannamələrdən **********6945 qömrük bəyannaməsi üzrə 10486.42 (on min dörd vüz səksən altı dollar 42 sent), **********0506 bəvannamə üzrə 278.25 (iki yüz yetmiş səkkiz dollar 25 sent), ümumilikdə 10764.67 (on min veddi vüz altmıs dörd dollar, 67 sent) ABŞ dolları məbləqində xarici valyuta şirkətin müvəkkil bankdakı hesabına köçürülməməsi qeyd olunmuşdur. Beləliklə də, hüquqi ünavnı Sumqayıt şəhəri, Kimyaçılar, ev 1, Sumqayıt Kimya Sənaye Parkı olan Şəxs MMC konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 18.299,94 (on səkkiz min iki yüz doxsan doqquz manat 94 qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmus inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bundan başqa, həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXMnin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, Sumqayıt Kimya Sənaye Parkı olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 5.489,98 (beş min dörd yüz səksən doqquz manat 98 qəpik) (18.299,94 x 30 %) manat cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3189/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3189/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver