Məhkəmə qərarları › İş №3(060)-319/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-319/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-319/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən müdafiəçi izahatında bildirmişdir ki, Şəxs MMC və “X6 Limited” Şirkəti arasında 01 iyun 2019-cu il tarixində 18-SP08/İN12 nömrəli müqavilə bağlanmışdır. Müvafiq olaraq, 09 yanvar 2023-cü il tarixində bu müqavilə çərçivəsində 253,427.54 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Lakin, göstərilən məbləğ müqabilində alınmış mallar artıq ölkəyə idxal edilmişdir. Bu fakt təqdim edilmiş yük gömrük bəyannamələri və invoys sənədləri ilə təsdiq edilir. Qarşı tərəfin iddiasının əsassız olduğunu bildirmişdir. Belə ki, 253,427.54 ABŞ dolları məbləğində ödənilmiş vəsait müqabilində müvafiq mallar tam şəkildə idxal edilmiş və hər hansı valyuta vəsaitinin geri qaytarılmaması halı mövcud olmamışdır. Həmçinin, "xxxx" ASC-dən onlara bildirilmişdir ki, diqqətsizlik nəticəsində 2023-cü ilin X4 2022-ci ildə ödənilmiş pul vəsaiti ilə bağlanmışdır. Bundan başqa, müdafiəçi Bank tərəfindən 2023-cü ilin X1 səhvən 2022-ci ilin ödənilmiş pul vəsaiti ilə bağlanmasını təsdiq edən sənədin, 09 yanvar 2023-cü il tarixində köçürülmüş pul vəsaiti hesabına alınan malların ölkəyə daxil olmasına dair arayışı məhkəməyə təqdim edəcəyini bildirmişdir. Bu səbəbdən həmin məbləğ barədə inzibati tənbehin tətbiq edilməsinin qanunamüvafiq hesab edilməməsini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 253427.54 ABŞ dolları məbləğində vəsaiti 09 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 253427.54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanında törədilmişdir. "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, "xxxx" MMC 253427.54 ABŞ dolları məbləğində vəsaiti 09 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 253427.54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2021-ci il tarixli **********1946 nömrəli, xx.xx.2021-ci il tarixli **********6856 nömrəli, xx.xx.2021-ci il tarixli **********0080 nömrəli, xx.xx.2021-ci il tarixli **********1574 nömrəli, xx.xx.2021-ci il tarixli **********3605 nömrəli, xx.xx.2023-cü il tarixli **********1924 nömrəli, xx.xx.2023-cü il tarixli **********1794 nömrəli, xx.xx.2023-cü il tarixli **********3276 nömrəli, xx.xx.2023-cü il tarixli **********4769 nömrəli, xx.xx.2023-cü il tarixli **********4965 nömrəli gömrük bəyannamələri təqdim edilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilmiş Kapital bank ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə 78021.1 ABŞ dolları məbləğində pul vəsaiti İntershin MMC-nin hesabından X7 Limited şirkətinin hesabına, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə 158201.8 ABŞ dolları məbləğində pul vəsaiti İntershin MMC-nin hesabından X7 Limited şirkətinin hesabına, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 77490.3 ABŞ dolları məbləğində pul vəsaiti İntershin MMC-nin hesabından X7 Limited şirkətinin hesabına köçürülmüşdür. Kapital Bank tərəfindən Şəxs MMC-nin məktubuna cavab olaraq bildirilmişdir ki, sorğu nömrəsi **********3276 olan gömrük bəyannaməsi xx.xx.2022 və xx.xx.2022-ci il, **********769 nömrəli gömrük bəyannaməsi xx.xx.2022-ci il, **********1794 nömrəli gömrük bəyannaməsi xx.xx.2022-ci il, **********4965 nömrəli gömrük bəyannaməsi xx.xx.2022-ci il və **********1924 nömrəli gömrük bəyannaməsi xx.xx.2022 və xx.xx.2022-ci il tarixli avans ödənişlərinə bağlanılmışdır. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Vəkil tərəfindən təqdim edilən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış arayışda qeyd edilmişdir ki, MMC ilə xx.xx.2021-ci il tarixində “SPORTRAK TİRE GROUP LİMİTED” şirkəti arasında bağlanmış 18-SP08/İN12 (01 iyun 2019) nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2023-cü ilin yük gömrük bəyannamələri üzrə (№ **********3276, **********4769, **********1794, **********4965, **********1924) ödəniş xx.xx.2023-cü il tarixində OX5 nömrəli ödəniş tapşırığı əsasında 253,427.54 ABŞ dolları məbləğində həyata keçirilməsinə baxmayaraq, bu gömrük bəyannamələri həmin tarixdə ödənilmiş məbləğlə deyil, 2022-ci ilin ödənişləri ilə bağlanmışdır. Nəticədə, 2023-ci ildə ödənilmiş məbləğlər 2021-ci il üçün nəzərdə tutulmuş aşağıdakı gömrük bəyannamələri ilə bağlanmalıdır:(№ **********0080,**********1574, **********6856, **********3605, **********1946. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Vəkil tərəfindən təqdim edilən "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 35-6/244-25 nömrəli Şəxs MMC-yə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, 27 fevral 2025-ci il tarixinə təqdim edilən YGB-nin sorğu nömrələri yoxlanıldı. Həmin tarixə sorğulanan YGB-ə əsasən xx.xx.2021 tarixli **********6856 nömrəli sorğu bəyannaməsi üzrə 29928 USD (iyirmi doqquz min doqquz yüz iyirmi səkkiz ABŞ dolları), xx.xx.2021 tarixli **********0080 nömrəli sorğu bəyannaməsi üzrə 65888 USD (altmış beş min səkkiz yüz səksən səkkiz ABŞ dolları), xx.xx.2021 tarixli **********1574 nömrəli sorğu bəyannaməsi üzrə 62698 USD (altmış iki min altı yüz doxsan səkkiz ABŞ dolları), xx.xx.2021 tarixli **********3605 nömrəli sorğu bəyannaməsi üzrə 165586 USD (bir yüz altmış beş min beş yüz səksən altı ABŞ dolları), xx.xx.2021 tarixli **********6435 nömrəli sorğu bəyannaməsi üzrə 32248 USD (otuz iki min iki yüz qırx səkkiz ABŞ Dolları), xx.xx.2022 tarixli **********7771 nömrəli sorğu bəyannaməsi üzrə 24609,68 USD (iyirmi dörd min altı yüz doqquz ABŞ dolları altmış səkkiz sent), xx.xx.2022 tarixli **********2749 nömrəli sorğu bəyannaməsi üzrə 39273,40 USD (otuz doqquz min iki yüz yetmiş üç ABŞ dolları qırx sent) qalıq qalmışdır. Ümumi olaraq, YGB-ri üzrə açıq qalan məbləğlərin cəmi 420 231.08 USD (dörd yüz iyirmi min iki yüz otuz bir ABŞ dolları səkkiz sent) təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq qeyd etmişdir ki, EP0191243 nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(060)-319/2025 nömrəli inzibati xətaya dair iş üzrə Şəxs MMC tərəfindən təqdim edilmiş yük gömrük bəyannamələrinin xx.xx.2023-cü il tarixdə icra edilmiş ödənişlə əlaqəsi yoxdur. Belə ki, ödəniş xx.xx.2023-cü il tarixdə icra edilməsinə baxmayaraq təqdim edilən bəyannamələr 2021-2022-ci illərə aiddir. Həmin YGB-ləri üzrə açıq qalan məbləğin olub-olmamasından asılı olmayaraq onlar hazırki ödəniş üçün istifadə edilə bilməz. Belə ki, avans ödənişlərində mallar ödənişdən sonrakı tarixlərdə ölkəyə idxal olunmalıdır. Hazırda təqdim edilmiş YGB-lərindən görünür ki, mallar ölkəyə ödəniş tarixindən əvvəl idxal olunmuşdur. Odur ki, xaricə köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxalı təsdiq edilmədiyindən MMC barəsində tərtib edilmiş protokol üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada göndərdiyi ərizədə qeyd edilmişdir ki, EP0191243 nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(060)-319/2025 nömrəli inzibati xətaya dair iş üzrə Şəxs MMC tərəfindən müvəkkil banka təqdim edilmiş **********8498, **********0124, **********0205 sorğu nömrəli YGB-ləri əsasında avans ödəniş qismən bəyan edilmiş, açıq qalan hissə 180565,03 ABŞ dolları təşkil edir. Odur ki, 180565.03 ABŞ dolları valyuta vəsaitinə münasibətdə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin nümayəndəsi 09 yanvar 2023-cü il tarixində köçürülmüş pul vəsaiti hesabına alınan malların ölkəyə daxil olmasına və yük gömrük bəyannamələri əsasında tam məbləğin bağlanılmasına dair arayışı məhkəməyə təqdim edəcəyini bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən banka təqdim edilmiş **********8498, **********0124, **********0205 sorğu nömrəli YGB-ləri əsasında avans ödəniş qismən bəyan edilmiş, açıq qalan hissə 180565,03 ABŞ dolları təşkil edir . Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 180565 ( yüz səksən min beş yüz altmış beş) ABŞ dolları 03 (üç) sent valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 36113 (otuz altı min yüz on üç) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar