Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3191/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Muxtarov (Məmmədov) Arif Habil oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Xızı rayonu, Suraabad qəsəbəsiində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Muxtarov (Məmmədov) Arif Habil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Muxtarov (Məmmədov) Arif Habil oğlu barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsinin polis kapitanı X3 tərəfindən 21 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Kia Ceed minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1998-ci ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Xızı rayonu, Suraabad qəsəbəsiində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Muxtarov (Məmmədov) Arif Habil oğlu İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Xəta nəticəsində xx.xx.1993-cü ildə Dəvəçi rayonunda qoğulmuş, Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olan X2 idarə etdiyi “Vaz-21150 minik” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurulmuşdur. İnzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 22 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 22 dekabr 2022-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis kapitanı X3 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək Muxtarov (Məmmədov) Arif Habil oğlu barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Muxtarov (Məmmədov) Arif Habil oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus idarə etdiyi “Kia Ceed minik” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun və H.Əliyev küçələrinin kəsişməsində sola dönərkən sağ tərəfindən düzünə hərəkət edən “Vaz-21150 minik” markalı avtomobilə yol verməmiş və həmin avtomobilin sol hissəsilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Nəqliyyat hadisəsindən sonra DYPŞ izahat verərəkən DYPŞ-nin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, onun sürücülük vəsiqəsi 20 bal və daha çox toplanmasına görə xx.xx.2022-ci il tarxidən 06 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Bu səbəblə də sürücülük hüququ olmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Muxtarov (Məmmədov) Arif Habil oğlunun əməli 332.4-cü maddədən əlavə İXM-nin 327.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Muxtarov (Məmmədov) Arif Habil oğluna İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Muxtarov (Məmmədov) Arif Habil oğlunun sürücülük vəsiqəsi 20 bal və daha çox toplanmasına görə xx.xx.2022-ci il tarxidən 06 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. İş materialında olan X5 xx.xx.2022-ci il tarixli izahatında, hadisə zamanı xəsarət alan olmamasını qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Muxtarov (Məmmədov) Arif Habil oğlu sürücülük hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq X2 idarə etdiyi avtomobilə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Muxtarov (Məmmədov) Arif Habil oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Muxtarov (Məmmədov) Arif Habil oğlu İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Muxtarov (Məmmədov) Arif Habil oğlu barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Muxtarov (Məmmədov) Arif Habil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400,00 (dörd yüz) manat məbləğində cərimə edilsin. Zərər şəkmiş şəxs X4 izah olunur ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3191/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3191/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver