Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3196/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisləri, polis leytenantları X3 və X10, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, fərdi evdə kirayə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2401968 nömrəli və xx.xx.2025-ci il tarixli, MN2401967 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2401968 nömrəli və xx.xx.2025-ci il tarixli, MN2401967 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs aldadaraq ona qarşı 200 manat dələduzluq etmiş, xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X6 qarşı 100 manat dələduzluq etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X8 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs əvvəllər də xırda talama ilə bağlı barəsində tənbeh verilmişdir. Bundan başqa, həmin ərazidə müxtəlif ünvanlardan şəxs barəsində şifahi qaydada eyni məzmunlu şikayətlər olmuşdur. Məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X12 tərtib etdiyi protokola uyğun izahat verərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər iki epizod üzrə inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 11-ci və 18-ci mikrorayon ərazisində olan binaların həyətindəki sakinlərdən kimlərin əsgərlikdə olduğunu soruşmuş və həmin şəxslərin evlərinin yerini öyrənərək evlərinə getmiş, onlara oğlanlarının komandiri olduğunu və uşağa pul lazım olduğunu, məzuniyyətə gəlmələri ilə bağlı xəbər verib pul istəmişdir. O, əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 7 radələrində yaşadığı evlərində təmir işləriylə əlaqədar usta ilə söhbət etdiyi zaman Şəxs mənzilə gəlib, nəvəsi Ülvidən ona xəbər gətirdiyini, nəvəsinin komandiri olduğunu bildirmişdir. O, Ülvinin bu yaxınlarda məzuniyyətə gələcəyini və ailəsinə sürpriz etmək istədiyi üçün babasından 200 manat almalı olduğunu bildirmişdir. Nəvəsi Ülvinin məzuniyyətə gələcəyini isə yalnız o və Ülvinin atası bildiyi üçün onun verdiyi bu informasiyaya inanmış və pulunun olmadığını deyərək kartdan 100 manat çıxararaq əlbəəl şəkildə Şəxs vermişdir. Daha sonra Ülvinin atası Ülviylə əlaqə saxladıqda elə bir insanı tanımadığını bildirmiş və bu hadisədən sonra polisə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmədiyini, Şəxs şikayətçi olduğunu, məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 Anar Oruc oğlunun əməlindən peşman olmasını və qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/2460 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar naməlum şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış HK-1/3271 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar naməlum şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2401968 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs aldadaraq ona qarşı 200 manat dələduzluq etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2401967 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X6 qarşı 100 manat dələduzluq etmişdir. Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatında qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə özünü İlkin Muradov kimi təqdim edən şəxs onun yaşadığı evə gəlmiş və özünü hərbi xidmətdə olan oğullarının komandiri olduğunu bildirmişdir. Bundan sonra Səfaya oğlu üçün pul və ərzaq lazımdırsa onun vasitəsi ilə göndərə biləcəyini bildirdikdə, Zərərçəkmiş şəxs "xxxx" ASCyə məxsus 5239-1517-7712-2188 nömrəli bank kartından, "xxxx" ASC-yə məxsus 4169- 7388-9586-9265 nömrəli bank kartına 200 manat məbləğində pul göndərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hərtərəfli araşdırma apardı və müəyyən etdi ki, inzibati xəta haqqında protokollarda göstərilənlər işin hallarına uyğundur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən inzibati Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirilən hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləğini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:25-dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X7 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun faktiki olaraq tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 15:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X7 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosununun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3196/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3196/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver