Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3197/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X4 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən 22 dekabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3231/2014 saylı, xx.xx.2014-cü il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-942/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri borclu tərəfindən üzrsüz səbəbdən icra edilmir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3231/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 103 manat aliment, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 103 manat aliment, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 103 manat aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin 2(060)-942/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3231/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Nurəddin oğlundan Zərərçəkmiş şəxs xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu icra sənədləri üzrə tələbləri üzrsüz səbəbdən icra etməmişdir. Eyni zamanda bildirir ki, borclu hər ay borcundan 340 manat ödəniş edir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, imkanı olduqca köhnə yığılmış borcundan ödəniş edir. Dekabr ayında 500 manat ödəniş etmiş, yanvar ayına 500 manat ödəniş edəcəkdir. Əvvəllər pulu əlbəəl ödədiyindən borcundan çıxılmayıb. Lakin, ödənişinə dair sübut yoxdur, müəyyən olunan borcla razıdır və uşaqlarının xətrinə ödəyəcəkdir. Aliment məbləğinin artırılmasından sonra artıq hər ay 340 manat ödəniş edir. Eyni zamanda yenidən ailə qurmuş və imkanı olmadığından köhnə borcu birdəfəlik bağlaya bilmir. Odur ki, qeyd olunanların nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, borclu mütəmadi olaraq ödəniş edir. Qərəz yoxdur. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu köhnə borcu ona ilin axırına kimi ödəniş edəcəyinə söz vermişdir. Lakin, kohnə borcdan cox az məbləğdə ödəniş etmişdir. Borcluya bildirmişdir ki, borcu tam şəkildə ödəsin ki, ipoteka ilə uşaqlara ev alsın. Borclunun əvvəlki qətnamə ilə 7180 manat borcu qalmışdır. Bir-iki il olar ki, borclu hər ay 340 manat ödəniş edir. Məhkəmədən əgər borclu tam borcunu ödəməsə həbs edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3231/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 103 manat aliment, xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 103 manat aliment, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 103 manat aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-942/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3231/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs Nurəddin oğlundan Zərərçəkmiş şəxs xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-90/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin və vəkilin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində icra sənədinin qəsdən icrasında yayınma və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi hal yoxdur. Belə ki, Şəxs alimentin artırılması barədə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 340 manatı hər ay ödəyir, köhnə borcun birdəfəlik ödəmək imkanın olmasına dair hər hansı sübut yoxdur, bu hal özünün, tələbkarın və icra məmurunun ifadəsi ilə təsdiq olunur. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi uşaqların mənafeyinə xidmət etmir və onların saxlanılması üçün edilən hər ay ödənişin azalmasına və ya ümimiyyətlə ödəniş edilməməsi ehtimalını artırır. Hazırda borclu uşaqların saxlanılması üçün hər ay 340 manat aliment ödədiyindən və onun daha artıq gəlirlərinin olması iş materialları və proses iştirakçılarının izahatları ilə öz təsdiqini tapmadığından, Şəxs hərəkətləri onun qərəzli olaraq icradan yayınması və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, onun əməlində inzibati xəta tərkibinin olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3197/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3197/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver