Məhkəmə qərarları › İş №3(060)-3199/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3199/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3199/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi polis baş leytenantı Peyman Süleymanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 8/25, mənzil 10-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində 34-cü məhəllədə yaşadığı binanın yaxınlığında X2 döyərək bədən xəsarətləri yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PBnin sahə rəisi, polis baş leytenantı Peyman Süleymanov protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, Sevda adlı xanımın vasitəsilə Orxan adlı şəxslə tanış olmuşdur. Təxminən 5-6 ay bundan əvvəl olar Sevda adlı şəxsdən 600 manat, bir müddət sonra isə 300 manat pul almış və onu da Orxan adlı şəxsə vermişdir. Bir müddət sonra o Sevda xanıma 600 manat pul vermiş və demişdir ki, 300 manat borcu qalıb və Sevda ona əlavə borcu olduğunu demişdir və ona hesab dəftərini gətirib 600 yemək borcu olduğunu demişdir. O da problem olmasın deyə razılaşmışdır. Ona 1000 manat borcu 3-4 ay müddətə verəcəyini demişdir. Sevda xanım qalan borcun Orxan adlı şəxsdən alacağını bildirmişdir. O gündən sonra o obyektə getməmişdir. Bir müddət sonra qapısına cürbəcür adamlar yollayıb və onu təhdid edərək obyektı aparmışdır. Axırıncı dəfə xx.xx.2022-ci ildə onu obyektə aparıb orda döyüb və videoya çəkiblər. O da 102 xidmətinə məlumat vermişdir. O tarixdən o obyekt tərəfə getməmişdir. 9 may 2022-ci il tarixdə qardaşını gəlib evdən həmin obyektə aparmışlar. Evdən 102-yə xəbər vermişdir ki, həmin insanlar oğlunu aparmışlar. xx.xx.2022-ci il tarixdə aralarında heç bir mübahisə olmamışdır. O cümlədən o Sevdaya qarşı hər hansı bir xəsarət yetirməmişdir, Sevdanı vurmamışdır, Sevdanın ona qarşı sürdüyü iddialar şər-böhtan xarakteri daşıyır. Ona görə də icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Vestac kafesində qabyuyan kimi fəaliyyət göstərir. Həmin kafeyə Kamil və Ceyhun adlı qardaşlarlar müştəri qismində tez-tez gəlmişlər. 2021-ci ilin avqust ayının əvvəlində həmin şəxslərə bankdan pul götürmək istədiyini demişdir. Həmin şəxslər ona 2800 AZN .apka ver sənə 25000 AZN kredit götürək demişlər. O da həmin pulun 1500 AZN-ni sentyabr ayının əvvəlində yaşadığı evdə Ceyhuna vermişdir. 1330 AZN isə 2021-ci ilin sentyabr ayının ortalarında Ceyhuna vermişdir. Lakin bugünə kimi Ceyhun verdiyi vədə əməl etməmiş, onu aldatmışdır. Fərqanənin də sonradan Kamilə 2500 AZN pul verməsini, Kamilin onu işə düzəltməli olduğunu bilmişdir. O və Fərqanə Kamil və Ceyhundan pullarını istədikdə onlar pullarını geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində iş yoldaşı Fərqanə ilə birlikdə yaşadığı, ünvan 1 ünvanına getmişlər. Fərqanə ara-sıra onun yaşadığı evdə qalır. Evə tez gedib çatmaq üçün Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisi ilə getmək qərarına gəlmişlər. Binaların arası ilə gedən zaman Kamil və Ceyhun onunla mübahisə etməyə başlamışdır. Mübahisə əsnasında Fərqanə onu onlardan uzaqlaşdırmağa başlamışdır. Həmin vaxt Kamil Fərqanənin saçından yolaraq, yumruqla dodağının üst hissəsinə vuraraq Fərqanəyə xəsarət yetirmişdir. Mübahisə zamanı Ceyhun isə alın nahiyyəsinə başı ilə zərbə endirmişdir. Mübahisə zamanı Kamil Fərqanənin telefonunu əlindən alaraq yerə atmış, həmin zaman Fərqanənin telefonunun üz hissəsi sınmış, zədələnmişdir. Bundan sonra onlar ikisi onlardan aralaşmışlar. Mübahisə əsnasında onlara pullarını qaytarmayacaqlarını demişlər. Ona görə də, Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 may 2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 639 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir:alın nahiyyəsinin qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 sentyabr 2020-ci il tarixli qərara əsasən Şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. Həmin qərar qəbul edildiyi gündən üç aydan çox müddət keçmişdir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.0.6, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar