Məhkəmə qərarları › İş №3(060)-32/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-32/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-32/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 iştirakı ilə, “Lift-Servis” Briliyinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hacıyev tərəfindən 26.11.2021-ci il tarixdə “Lift-Servis” Briliyinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 (105)-3233/2019 saylı, 16.09.2019-cu il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 “Lift-Servis” Briliyinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xətaya dair protokolu müdafiə edərək, inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 (105)-3233/2019 saylı, 25.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Sumqayıt şəhər “Lift-Servis” Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhər “Lift-Servis” Birliyinin Zərərçəkmiş şəxs barəsində 01 aprel 2019-cu il tarixli 10 saylı əmr və 01 aprel 2019-cu il tarixli 04 saylı əmr ləğv edilməsi, Zərərçəkmiş şəxs “Lift-Servis” Birliyi üzrə 12 mikrorayon sahəsinin lift nəzrətçisi vəzifəsinə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzürsüz olaraq icra edilməmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra sənədi üzrə borclu məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, “Lift-Servis” Briliyinin direktoru Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2 (105)- 3233/2019 saylı, 25.02.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər “Lift- Servis” Birliyinin Zərərçəkmiş şəxs barəsində 01 aprel 2019-cu il tarixli 10 saylı əmr və 01 aprel 2019-cu il tarixli 04 saylı əmr ləğv edilməsi, Zərərçəkmiş şəxs “Lift-Servis” Birliyi üzrə 12 mikrorayon sahəsinin lift nəzrətçisi vəzifəsinə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-158/2021 saylı, 22.07.2021-ci il tarixli qərardadı ilə tələbkar Zərərçəkmiş şəxs şikayətinin təmin edilməsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2019-cu il tarixli 2(105)-3233 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair 01 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərar alınmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhər “Lift- Servis” Birliyinin Zərərçəkmiş şəxs barəsində 01 aprel 2019-cu il tarixli 10 saylı əmr və 01 aprel 2019-cu il tarixli 04 saylı əmr ləğv edilməsi, Zərərçəkmiş şəxs “Lift-Servis” Birliyi üzrə 12 ikrorayon sahəsinin lift nəzrətçisi vəzifəsinə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsinə dair icra sənədi lazimi qaydada icra edilmədiyindən, “Lift-Servis” Briliyinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki icra sənədi üzrə borclu şəxs “Lift-Servis” Birliyinin direktoru Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(105)-3233/2019 saylı, 16.09.2019-cu il tarixli icra sənədini üzürsüz səbəbdən icra edilməməsi onun qərəzli olaraq borcunu ödəməkdən yayındığını göstərir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.2-ci maddəsinə əsasən İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görəvəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Məhkəmə, Şəxs cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : “Lift-Servis” Briliyinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar