Məhkəmə qərarları › İş №3(060)-32/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-32/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-32/2023 06.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X3, Tələbkar – Zərərçəkmiş şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Başarat kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən 06 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, Qubadlı rayon Məhkəməsinin 2(028)-443/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə 6360 manat ödənilməyən aliment borcu vardır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-443/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 130 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 130 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tututlub xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə tələbləri üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 6240 manat ödənilməyən aliment borcu vardır. Sonuncu dəfə 02 yanvar 2023-cü il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, 29 noyabr 2022-ci il tarixdə 10 manat, ümumilikdə 120 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ilə birlikdə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində İdris sadəcə evə xırda əşyalar almışdır. Hal-hazırda aliment borcunu tələb edir. Məhkəmədən borclu barəsində qanunauyğun şəkildə tədbir görülməsini xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, son iki aya qədər birlikdə yaşamışlar. Evə lazım olan ərzaqı o almışdır. Tələbkarın başqa nikahdan uşaqları vardır. Həmin uşaqları saxlamaq üçün ondan aliment istəyir. Həmçinin aliment ödəməli olması barədə məlumatı olmamışdır. İcra məmuru onu dəvət edib bildiriş təqdim etmiş, həmin vaxtdan aliment barədə xəbəri olmuşdur. Tələbkar birlikdə yaşayan zaman ona alimentdən imtina etdiyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində xəta olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkar şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materillarından görünür ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-443/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 130 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 130 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tututlub xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2733/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borclu Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində izahat verərək bildirmişdir ki, tələbkarla alimentin ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Həmin gündən etibarən həm aliment borcunu, həm də qalıq borcunu ödəyəcəyinə söz verir. Bundan başqa xx.xx.2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, Zərərçəkmiş şəxs ilə fatiki ailə münasibətində olduğundan və uşaqların maddi tələbatları təmin etdiyindən aliment borcunu ödəmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun məhkəmə qərarından xəbərdar olmuş, onun icra sənədi üzrə aliment borcunun ödənilməməsi onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Belə ki, iş materiallarından da görünür ki, borclu icra sənədinin icrasından qəsdən yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Görünür ki, borclu icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qıda, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbəri olmasına baxmayaraq lazımınca ödəniş etmədiyini, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olduğunu nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar