Məhkəmə qərarları › İş №3(060)-320/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-320/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-320/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Səbuhi Mansurzadənin, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 6-cı mkr, Kristal ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev pr-ti 26-cı məhəllə ərazisində X1 zərər vurmayan xəsarətlər yetirməsi əsası ilə İXM-nin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Səbuhi Mansurzadə protokolda göstərilənlərə uyğun izahat vermiş və tərəflərin barışmasını nəzərə alaraq qanunamaüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü İXM-nin 157-ci maddəsi ilə özünün təqsirli bilərək göstərdi ki, xx.xx.2025ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev pr-ti 26-cı məhəllə ərazisində Elvin İbrahimovla aralarında mübahisə yaranmışdır. X4 spirtli içkinin təsiri altında idarə etdiyi avtomobillə qəza şəraiti yaratması olmuşdur. Qeyd edir ki, həmin an özü ayıq-sayıqlıq göstəməmiş olsaydı böyük bir faciənin qurbanı olmuş olardı. Onun idarə etdiyi avtomobildə ailəsi də olmuşdur. Elvin üzr istəmədən ərazidən uzaqlaşmış, bu səbəbdən o, əsəbiləşərək Elvinin avtomobilini təqib etmişdir. Həmin avtomobili saxlamağa müvəffəq olduqdan sonra öz avtomobilindən düşüb Elvinin idarə etdiyi avtomobilə yaxınlaşmış “Sən nə edirsən, öldürmək istəyirdin bizi” deyərək ona sual ünvanlamışdır. Elvinin spirtli içkinin təsiri altna olduğunu görmüş, onun başqa bir hadisə törədə bilmə ehtimalının olmasını nəzərə alaraq onu avtomobildən yerə düşürməyə çalışmışdır. Bu zaman onunla Elvin arasında mübahisə yaranmış, nəticədə məlum hadisə baş vermişdir. Hadisə vaxtı Elvin onun alt dodağından bir dəfə yumruq zərbəsi vuraraq ona xəsarət yetrmişdir. Əməlindən peşmandır, zərəçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 Əliyevin izahatına uyğun izahat verərək onun qeyd etdiklərini təsdiq etdi. Əlavə olaraq bildirdi ki, artıq Şəxslə aralarında barışıq əldə edilmiş, onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Odur icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs Elvin İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək Şəxslə barışdığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki¸ 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Elvin İbrahimova sağlamlığa zərərvurmayan xəsarətlər yetirən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti 4-cü PB-nin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 Şəxsindən daxil olmuş ekspert rəyindən aydın olur ki, Elvin İbrahimovun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boyun nahiyyəsinin və sol budun qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətin özüözünə yetirməsi az inandırıcıdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq və tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar