Məhkəmə qərarları › İş №3(060)-3206/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3206/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3206/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Xanti-Mansiyskdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan X1 məxsus “Opel Astra” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq maddi zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək göstərdi ki, “Toyota Prius” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Koroğlu küçəsi istiqamətində hərəkətdə olan zaman ondan qarşıda hərəkətdə olan “Opel Astra” markalı markalı avtomobilin sürücüsü qarşısına çıxan maneəyə görə sürətini azaltmış, onun da qarşıdakı avtomobillə arasında məsafə az olduğundan saxlaya bilməyərək həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Törətdiyi əməldən peşmandır. Taksi fəaliyyəti ilə məşğul olduğunu və 20 cərimə balı olduğuna görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edildiyini bilmədiyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt ŞPİ DYPŞ-nin, YNHÜİ, polis kapitanı Niyaməddin Həsənov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs sürücülük hüququnun olub-olmaması DYPŞ-nin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, bir il ərzində 20 və daha cox toplanmasına görə xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmişdir. Şəxs əməli, barəsində tərtib olunmuş İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq avtomaşınla toqquşmuş və yoxlama zamanı Şəxs bir il ərzində 20 və daha cox toplanmasına görə xx.xx.2022-ci il tarixdə 6 ay müddətinə sürücülük hüququndan məhrum edildiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar