Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3207/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə yaşadığı 2-ci mikrorayon, ev 11/17nin həyətində qonşusu X2 döyərək bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadıqları 2-ci mikrorayon, ev 11/17-nin həyətində səs-küy olduğu üçün həyətə düşərək qaynanasının yanına gəlmiş, həyətdə polislər və qonşuluqda yaşayan digər şəxslər də olmuş və qonşu Qızyetər ucadan nalayiq söyüşlər işlədərək onları təhqir etmişdir. Bundan sonra Qzyetər təpik vuraraq qonşular tərəfindən həyətdə düzəldilmiş xalça yumaq üçün yerin daşlarını dağıtmış, kişilər mane olmaq istədikdə o kişilərin üstünə düşmüş, qaynanası araya girmişdir ki aralaşdırsın, bu zaman Qızyetər qaynanasını təpik və yumruq ilə vurmuş, həmin vaxt o da araya girərək qaynanasını Qızyetərin əlindən almış və onu vurmamışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadıqları 2-ci mikrorayon, ev 11/17-nin həyətində Şəxs, onun qaynanası və həyat yoldaşı onu döyərək xəsarət yetirmişlər. Günel arxadan gələrək onun saçından tutmuş, o da yıxılmış və dizi qanamışdır. Günelin qaynanası və yoldaşı gəlib onları aralama yerinə əlbir olub onu döymüşlər. X10 gedərək ondan şikayət etmişlər. Onların şikayəti araşdırılmış, ona Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cinayət işi açılmış, lakin sonradan onun xəsarət alması barədə ekspert rəyi araşdırılmış və cinayət işinə xitam verimişdir. Bundan sonra 2 ilə yaxındır ki, araşdırılma aparılır. Şikayətçi olduğunu nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, X4 X3 tərəfindən döyülərək xəsarət alması faktı toplanmış cinayət işi materialları ilə təsdiqini tapmadığından ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş və X7, X8 və X9 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın sürəti Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspetiza və X6” X14 tərəfindən verilmiş 327 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, Qzyetər Süleymanovanın sol bazunun aşağı 1/3-nin arxa, sağ saidin orta 1/3-nin ön, sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları, sol diz, sol almacıq və gicgah nahiyələrinin sıyrıqları müəyyən edildi. Bu xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarından müəyyən olunur ki, hadisə xx.xx.2021-ci il tarixdə baş vermiş və həmin vaxtdan bir ildən cox müddət keçmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3207/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3207/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver