Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-321/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - X2 iştirakı ilə, Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin TP seriyalı ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs X4 izahatında bildirdi ki, ona məxsus olan “Lexus” İS200 markalə avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Tiblisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində hərəkətdə olduğu zaman Bakı şəhəri DYPİ YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respubliaksı İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Lakin həmin protokol ona şəxsən təqdim edilməmiş və elektron ünvana göndərildiyi bildirilmişdir. Lakin o, protokolla razılaşmamışdır və bu polis əməkdaşına bildirmiş, 24.09.2021-ci il tarixdə elektron qaydada şikayət etmiş, cavab gəlmədiyindən təkrarən 03.11.2021-ci tarixdə elektron qaydada yenidən şikayət etmişdir. Daha sonra Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini və TP seriyalı ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan inzibtati xəta haqqında protokoldan və TP seriyalı ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma aparılmadan həyata keçirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslə razılaşmamasına baxmayaraq, həmin əməkdaş tərəfindən qərar qəbul edilmişdir. Halbuki, belə olan halda inzibati tanbeh vermə haqqında qərar inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən qəbul edilə bilməz. Bu səbəbdən də Məhkəmə hazırki iş üzrə mövcud iş materiallarına əsasən yekun nəticəyə gələ bilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü və 124.4-cü maddələrinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsiə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X2 şikayəti qismət təmin edilməli, Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X4 barəsində qəbul edilmiş TP seriyalı ******* saylı, 23.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-321/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-321/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver