Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3210/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs-X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, 06.01.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyatda olan və ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.10.2021-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 29.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Avanqard" restoranının çöl tərəfindən "LG" markalı 2 pərli kondisionerin mühərrikini oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs 29.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Avanqard" restoranının çöl tərəfindən "LG" markalı 2 pərli kondisionerin mühərrikini oğurlamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Zamiq Quliyev tərəfindən 03 oktyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir və qəbul edilmiş qərarın surəti X1 nəzarətçi olduğu "Avanqard" restoranının çöl tərəfindən "LG" markalı 2 pərli kondisionerin mühərrikini oğurlayan naməlum şəxsin və ya şəxslərin kimliyinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PBnə göndərilmişdir. Oğurluğun Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.10.2021-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, əvvəllər cinayət törətdiyinə görə məhkum olunmasa da, 2020-ci ilin iyun ayında Sumqayıt Dövlət qalareyasından bir ədəd Gree markalı kondisionerin mühərrikini və mis dəmir boruları oğurladığına görə Sumqayıt şəhər Pİ-nin İstintaq Şöbəsində onun barəsində CM-nin 177-ci maddəsi ilə cinayət işini istintaqı yekunlaşdırılıb baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin barəsində hələlik məhkəmə hökmü çıxarılmayıb. Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yolun sağ kənarında yerləşən "Avanqart" restoranının uzun müddətdir ki, fəaliyyət göstərmədiyi onun diqqətini cəlb etmiş, həmin restoranın qarşısından keçərək oranın mühafizəçisinin olmadığını, restoranda nəzarət müşahidə kameralarının quraşdırılmadığını özü üçün dəqiqləşdirmişdir. Restoranla üzbəüz dayandıqda sol tərəfdə yerdən quraşdırılmış LG markalı, iki pərli mühərrikin içərisində 3 kq mis, özünün isə 30-32 kq dəmir çəkisinin olmasını bilirmiş. Pula ehtiyacı olduğundan 2020-ci il sentyabr ayının 15-20-si aralığında "Avanqard" restoranının bayır tərəfdə quraşdırılan gəmin kondisionerinin mühərrikini oğurlayıb aparmaq məqsədilə saat 16 radələrində həmin restoranın qarşısına gəlmiş, özü ilə mühərriki açıb çıxarmaq üçün açarlar gətirmişdir. Ətrafa baxıb sakitçilik olduğunu görərək açarla kondisionerin qabaq sağ tərəfində yerləşən mühərrikin üst qapağını açmış və mühərriki oradan çıxarıb özü ilə gətirdiyi un kisəsinə qoymuş, mühərriki gündüz vaxtı açdığına görə yoldan keçən hər hansı bir şəxs ondan şübhələnməmişdir. Kisəni belinə alıb yolun əks tərəfindəki parkın içərisinə keçmiş, oradan da markası və dövlət qeydiyyat nişanı yadında qalmayan taksi saxladıb Corat qəsəbəsinə gəlmişdir. Corat qəsəbəsinə gəldikdən sonra oraya qara metal almaq üçün gələn dövlət qeydiyyat nişanı yadında qalmayan süd rəngli QAZ 24 markalı avtomobilin qara metal alışı ilə məşğul olan tanımadığı sürücüsünə mühərrikin içərisində olan mis və dəmirin qiymətini hesablayıb 35 manata satmışdır. Kondisionerin mühərrikini oğurlamaq barədə o heç kimə məlumat verməmiş, bu işdə oan köməklik göstərən olmamışdır. Bir daha belə əməli törətməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, naməlum şəxs və ya şəxslər Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən və onun nəzarətçisi olduğu "Avanqart" restoranının qarşı tərəfindən açıq sahədə yerləşən və yerdən quarşdırılan LG markalı 2 pərli kondisionerin mühərrikini son 4-5 gün müddətində çıxararaq oğurlamışlar. Hadisə nəticəsində onlara 250 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan hazırda ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəyən ziyan Şəxs tərəfindən ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qəbul edilmiş qərarın surəti X1 nəzarətçi olduğu "Avanqard" restoranının çöl tərəfindən "LG" markalı 2 pərli kondisionerin mühərrikini oğurlayan naməlum şəxsin və ya şəxslərin kimliyinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3210/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3210/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver