Məhkəmə qərarları › İş №3(060)-3212/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3212/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3212/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis mayoru X4, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhəridə doğulmuş, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 27 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №li və 27 dekabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs uca səslə nalayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvansız nalayiq söyüşlər söyməyə davam edərək polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 27 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-3212/2022 və 3(060)- 3213/2022 №li işlər bir icraatda 3(060)-3212/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2022ci il tarixdə onun yaşadığı ünvan 2-nın giriş hissəsində Zərərçəkmiş şəxs görmüşdür, qeyd olunan ünvanda Lamiyə 2 aydan çoxdur ki, yaşamırdı. Həmin ünvanda Lamiyə evin əşyalarını əlində çıxardığını görükdə Lamiyəyə öz iradını bildirmişdir. Lakin, o Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri ilə söyərək təhqir etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 21:30-da o, gül alaraq barışıq məqsədi ilə keçmiş arvadı Lamiyənin yaşadığı ünvana ünvan 4 tərəfindən tutularaq ərazi üzrə polis bölməsinə aparılmışdır. Lakin həmin vaxt o heç kimin ünvanına söyüş söyməmiş və polisin qanuni tələbinə tabe olaraq onlarla birlikdə ərazi üzrə 1-ci PB-nə getmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul dilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayarkən orada qalan əşyasını götürmək üçün getmişdir. Əşyalarını götürdüyü zaman keçmiş əri Şəxs onu görmüş və onu nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Həmin an binanın liftində Nəriman ilə bərabər tanımadığı bir qadın və az yaşlı uşaq da var idi. Qeyd olunanlara əsasən məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materialına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-4264/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında 11 iyun 2009-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 756 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və 30 may 2010-cu il təvəllüdlü X3 boşanmadan sonra Şəxs (atasının) yanında qalması qət edilmişdir. İş materialına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsi 3(060)-1350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400,00 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1588/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsi 3(105)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat inzibati cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-1588/2022 saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/2116 №li 26 dekabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (26 dekabr 2022-ci il tarixdə, saat 22:30-da) 0,672 % promil sərxoşluq vəziyyəti aşkar olunmuşdur. İş materialında olan 26 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş və 27 dekabr 2022-ci il tarixdə saat 10:00-da azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, himayəsində on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.4-cü maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 34.4-cü maddəsi nəzərə alınmaqla 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 180,00 (bir yüz səksən) manat məbləğində inzibati cərimə saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar