Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3214/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyiilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİ qrup əlil, ünvan 1 ünvaninda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 27 sentyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Rəşidov X3 rayon polis idarəsinin 40-cı PB-nin MN ******* saylı 12.04.2020-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən İXM-nin 211-ci maddəsi ilə 100,00 manat məbləğində cəriməni qanunla nəzərdə tutulmuş müddətdə üzürsüz səbəbdən ödəməyərək, icra məmurunun qanuni tələbini icra etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 04.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 18 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, karantin vaxtı sms icazə müddəti bitdikdən sonra onu polis əməkdaşı saxlayıb və karantin rejim qaydasını pozduğu üçün o, 100,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Barəmdə ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin barəsində inzibati tənbeh tətbiq olunmamalıdır. İş materiallarına əlavə olunmuş Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin MN ******* saylı 12.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100,00 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Anar Hacıyev tərəfindən verilmiş 08.07.2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin MN ******* saylı 12.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən borcludan icra sənədi ilə bağlı izahat alınmışdır. İş materiallarına əlavə olunmuş 222879 №-li vəsqiənin surətindən görünür ki, Şəxs İİ qrup əlilldir. İXM-nin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ictimai işlər tətbiq oluna bilməz. İXM-nin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İXM-nin 529.1-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş materiallarından görünür ki, Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin MN ******* saylı 12.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şəxs, Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin MN ******* saylı 12.04.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və o 2-ci qrup əlil olduğundan İXM-nin 28.4.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi İXM-nin 529.1-cı maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə ictimai işlər tətbiq olunması nəzərdə tutulmuşdur. Lakin, Şəxs İİ qrup əlil olduğundan onun barəsində ictimai işlər tətbiq olun bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin 2-ci qrup əlil olduğundan İXM-nin 28.4.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3214/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3214/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver