Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3215/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, Süleymanova Qzyetər Səttar qızının 04.10.2021-ci il tarixli müraciətinə baxaraq, müəyyən etdi: X1 Səttar qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək AR DİN BDYPİ-nin 18.12.2019-cu il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarın, 27.03.2020-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 12.08.2020-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 30.04.2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 03.05.2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 23.04.2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 17.03..2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 08.06.2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 17.07.2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarın, 03.06.2021-ci il tarixli EQ ******* saylı İnzibati Tənbehvermə haqqında qərarının ləğv edilməsi və həmin qərarlar əsasında yazılmış cərimələrin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati xəta haqqında qərardan şikayət üzrə icraatı rədd hallar mövcuddur. Belə ki Süleymanova Qzyetər Səttar qızı tərəfindən inzibati tənbeh vermə haqqında on qərardan eyni vaxtda şikayət verilmişdir. Qeyd olunan hər bir qərarın ayrı-ayrılıqda məhkəmə nəzarəti qaydasında baxılmalı olduğunu, həmçinin həmin qərarlardan şikayət vermə müddətinin keçməsini və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilmədiyini nəzərə alaraq Məhkəmə hesab edir ki, qeyd olunan sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunan halların mövcudluğu Məhkəməyə yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, Süleymanova Qzyetər Səttar qızının müraciəti baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Süleymanova Qzyetər Səttar qızının müraciəti baxılmadan geri qaytarılsın. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-3215/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3215/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver