Məhkəmə qərarları › İş №3(060)-322/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-322/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-322/2021 27.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında materiallar daxil olmuşdur. İş materiallarından müəyyən olunur ki, Şəxs xx.xx.2019-cu il tarixdə saat 13:00-da “Volkswagen passet” minik markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən zərərçəkmiş şəxsin sağlamlığına, yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bununla əlaqədar Şəxs 332.4, 327.6, 327.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır. Belə ki, İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aiddir. Ancaq həmin maddədə İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması həmin məhkəmələrin səlahiyyətlərinə aid edilməmişdir. Ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Poliş şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır. Protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar