Məhkəmə qərarları › İş №3(060)-322/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-322/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-322/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar)-Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs cəmi 15338 manat və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qərar üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ziyana görə 13100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15338 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır, borcundan heç bir ödəniş etməmişdir, buna görə də borclunun 15338 manat aliment borcu yaranmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan ziyana görə 13100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15338 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Onun barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilmiş, sonradan amnistiya aktına əsasən azad olunmuşdur. Dekabr ayından işləməyə başlamışdır. 2-ci dəfə ailə həyatı qurmuşdur. Sabaha vaxt verilsə 10000 manat ödəniş edə bilər, yenicə ailə həyatı qurmuşdur, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 bildirdi ki, Şəxs üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, işləmədiyi üçün və imkanı olmadığından ödəniş edə bilmir, yenicə ailə həyatı qurmuşdur, vaxt verilsə sabah 10000 manat ödəniş edə bilər. Ona görə də, onun barəsində ən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ziyana görə 13100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15338 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilmişdir. Onun borcdan 10000 manat ödəniş edəcəyinə inanmır, Şəxs borcu ödəməkdən qəsdən yayınır, dəfələrlə söz vermiş, əməl etməmişdir. Buna görə onun barəsində inziabti həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ziyana görə 13100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15338 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8785/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 482,56 manat pul tutularaq “X11 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun 8-i-798 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 3750 manat tutularaq X1 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6873/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. Hazırda aliment üzrə borc məbləği 7420 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1730/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Cərimə ödənilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8785/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən Şəxs “X11 Azərbaycan” QSC-nin xeyrinə 384,88 manat əsas borcu, 35,74 manat faiz borcu, 34,44 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 2 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 5,50 manat, dövlət rüsumu 20,40 manat olmaqla cəmi 482,56 manat məbləğində pulun tutulması əmr edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 01 fevral 2023-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 01 fevral 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar