Məhkəmə qərarları › İş №3(060)-322/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-322/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-322/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və müdafiəçi “BNM və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında 23 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin dənizə çıxışından göterelmeş su nümunələrində zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Monitorinq İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri inzibati ərazisində Xəzər dənizinə birbaşa və dolayı yolla çıxışı olan axarlarda, müəssisələrdə ətraf mühitə eləcə də, Xəzər dəniziinə mənfi təsrinin öyrənilməsi məqsədilə ekoloji monitorinqlər keçirilmiş və xx.xx.2023-cü il tarixli informasiya bülleteni hazırlanmışdır. "xxxx"MMC-nin dənizə çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə oksigenin biokimyəvi sərfi (OBS5) 2,1 dəfə yol verilən qatılıq hədindən yüksək olması, mikrobioloji təhlillərin nətcəsinə görə nümunə çirkli müəyyən edilmiş, bağırsaq çöpü bakteriya qrupunun miqdarı 265000 ədəd/litr, enterokoklarıın miqdarı 6000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı isə 189000 ədəd/litr təyin edilmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiəetdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 bildirdi ki, "xxxx" MMC-də texniki şöbənin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Monitorinq İdarəsi əməkdaşları tərəfindən su nümunələri götürülən zaman orada olmamışdır. Yenidən həmin təşkilata müraciət emişlər və xx.xx.2024-cü il tarixdə onun iştirakı ilə su nümunələri götürülmüşdür. Götürülmüş su analizinin nəticəsi ilə razı deyildir. Belə ki, analizin cavabında ancaq rəqəmlər göstərilmiş, lakin analizin hansı cihaz tərəfindən yoxlanılması, həmin cihazın standartlara uyğun olması, yoxlama aparılan cihazın ekoloji standartdan keçirilməsi bardə heç bir məlumat göstərilməmişdir. Özləri "xxxx" ASCyə müraciət etmişlər və həmin təşkilat su nümunələri götürmüşdür. Həmçinin "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol natamamdır. Ona görə də, "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC-nin müdafiəçisi “BNM və Partnyorları” Vəkil Bürosunun vəkili X2 da etibarnamə üzrə nümayəndə X6 ilə oxşar ifadə vermişdir. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4 və 100.1.8-ci maddələrinin tələbləri pozularaq inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC barəsində həmin Məcəllənin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 23 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta haqqında iş üzrə icraat aparılan huquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 23 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar