Məhkəmə qərarları › İş №3(060)-322/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-322/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-322/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Zərdab rayonu Şıxbağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sistem administratoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP6839989 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X2 izahatında bildirmişdir ki, o inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi barədə material əsasında tərtib etmişdir. Rədd materialına əsasən müəyən etmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli biləməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Mersedes Benz” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən Kristal-Abşeron yaşayış kompleksinə məxsus yaşayış binalarının qarşısında yerləşən məhəllə yolu təxminən 10-15 km/saat sürətlə düzünə hərəkət etdiyi zaman, həmin yolun digər məhəllə yolu ilə kəsişməsinə çatdıqda sola, yəni sonuncu məhəllə yoluna dönmək istədikdə, həmin yolla düzünə hərəkət edən dövlət qeydiyyat nişanı olmayan mopedi idarə edən mopedçi idarə etdiyi mopedin qabaq hissəsi ilə onun avtomobilinin qabaq sol qanadından toqquşmuş və yol-nəqliyyat vadəsi baş vermişdir. Hadisədən dərhal sonra mopedçini xəsatəxanaya aparmış və onun hər hansı xəsarəti olmamışdır. Hadisə mopedi idarə edən şəxsin diqqətsizliyi səbəbindən baş vermişdir. Göstərilən halları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstrəmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi mopedlə Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən Kristal-Abşeron yaşayış kompleksinə məxsus yaşayış binalarının qarşısında yerləşən məhəllə yolu təxminən 10-15 km/saat sürətlə Bulvar küçəsində yerləşən avtomobillərin əsas yoluna çıxmaq üçün düzünə hərəkət etdiyi zaman, həmin yolun digər məhəllə yolu ilə kəsişməsinə çatdıqda, sağ istiqamətindən digər məhəllə yolu ilə düzünə hərəkət edən, sonradan sola dönmə manevr etmək istəyən Mersedes Benz markalı avtomobilin sürücüsü onun yoluna çıxdığı üçün dərhal tormoz əyləcinə təzyiq etsə də mopedin qabaq hissəsi avtomobilin qabaq sol qanadından toqquşmuşdur. Nəqliyyat vasitələri toqquşan zaman, hər iki nəqliyyat vasitələri hərəkətdə olmuşdur. Hadisə nəticəsində asfalt örtyün üzərinə aşaraq yüngül bədən xəsarət almış, hadisədən sonra travmatalogiya xəstəxanasına müraciət etmiş və tibbi müayinələrdən keçmiş, ağır xəsarətlər aşkar edilməmişdir. Hadisə nəticəsində mopedin detal hissələri zədələnməklə, həmçinin hadisə vaxtı mopedin rul hissəsinə bərkitdiyi “Honor” markalı mobil telefon cihazı zədələnəməklə ona maddi ziyan dəymişdir. Hadisədə günahkar olan Şəxs onun zərərini qarşılamamış və tibbi xərclərini ödəməmişdir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi, yol nəqliyyat hadisəsinin sxemi və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP6839989 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Mercedes Benz” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 09:55-də Sumqayıt şəhəri Yeni bulvar küçəsində idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs məxsus “Nova” markalı mopedə maddi zərər dəymiş, həmçinin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs barəsində cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X6 Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2123 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar aşkar edilmiş sol diz oynağının şişkinlik və ağn hesabına hərəkət məhdudluğu ilə müşşayət olunan yumuşaq toxumaların şişkinlik fonunda əziyi, sol diz oynağının ön-iç səthini əhatə edən qançırı xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialarına əlavə edilmiş diskdə olan video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs “Mercedes Benz” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Yeni bulvar küçəsində binanın qarşısı ilə hərəkət edib anidən yola çıxmış və bu zaman yolda düzünə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi moped avtomobilin qabaq sol qanadı ilə toqquşmuşdur. Hadisədən sonra mopedin sürücüsü Zərərçəkmiş şəxs yerə uzanaraq dizini tutması müşahidə edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:55-də sürücü Şəxs “Mercedes Benz” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Yeni bulvar küçəsində binanın qarşısı ilə hərəkət edib anidən yola çıxmış və bu zaman yolda düzünə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi moped avtomobilin qabaq sol qanadı ilə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus “Nova” markalı mopedə maddi zərər dəymiş, həmçinin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4cü hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, yolda gedən hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar