Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3221/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər – X2 və İsmayılova Validə Vəkil qızının iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 oktyabr 2021-ci il tarixli MN 1129190-1385 nömrəli və MN 1129189-1384 nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 13.08.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən “Sevda” gözəllik salonuna daxil olub G.Hacıyevadan pul xırdalamaq adı ilə 40 manat alaraq ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, 13.08.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda 35 saylı binanın qarşısındakı gözəllik salonunda V.İsmayılovadan xırdalamaq adı ilə 50 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN 1129190-1385 nömrəli və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN 1129189-1384 nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3221/2021 və 3(060)- 3222/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3221/2021 nömrəsi ilə birləşdirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 məhkəmə iclasındakı izahatında göstərdi ki, Şəxs 13.08.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən “Sevda” gözəllik salonuna daxil olub G.Hacıyevadan pul xırdalamaq adı ilə 40 manat alaraq ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, 13.08.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda 35 saylı binanın qarşısındakı gözəllik salonunda V.İsmayılovadan xırdalamaq adı ilə 50 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Qeyd olunan faktlarla bağlı 23 avqust 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarlar qəbul edilərək surəti inzibati xəta törətmiş naməlum şəxsin müəyyən edilib barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün polis bölməsinə göndərilmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Buna görə də həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 13.08.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən “Sevda” gözəllik salonuna daxil olub tanımadığı xanıma yaxınlaşıb 40 manat pul alaraq oradan uzaqlaşmış, sonradan pulu qaytarmamışdır. Bundan başqa həmin gün saat 16 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda 35 saylı binanın qarşısındakı gözəllik salonunda tanımadığı xanıma yaxınlaşıb 50 manat pul alaraq oradan uzaqlaşmış, sonradan pulu qaytarmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs 13.08.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən işlədiyi “Sevda” gözəllik salonuna daxil olub pul xırdalamaq adı ilə 40 manat alaraq ona qarşı dələduzluq etmişdir. Hətta onu inandırmaq üçün öz əşyalarını da salonda qoymuşdur. İnzibati xəta nəticəsində ona 40 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, lakin buna baxmayaraq şikayətçi deyildir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs İsmayılova Validə Vəkil qızı izahatında göstərdi ki, Şəxs 13.08.2021-ci il tarixdə saat 16 radələrində işlədiyi Sumqayıt şəhəri 6-cı mikrorayonda 35 saylı binanın qarşısındakı gözəllik salonunda ondan xırdalamaq adı ilə 50 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. İnzibati xəta nəticəsində ona 50 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, lakin buna baxmayaraq şikayətçi deyildir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materiallarını araşdıraraq Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X2 və İsmayılova Validə Vəkil qızının məhkəmə iclas zalında təqdim etdikləri 05.10.2021-ci il tarixli ərizələrindən görünür ki, inzibati xəta nəticəsində onlara dəymiş maddi ziyan ödənilməmişdir. Şikayətçi deyildirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərin şikayətçi olmadığını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini daşımaq və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İnzibati Xətalar Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmçinin həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,114-115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai iş inzibati tənbeh növü tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3221/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3221/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver