Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3221/2022 28.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə, “Araz” marketin qarşısındakı Kapital Bankın bankomatında Samirə Əlimovaya qarşı 250 manat dələduzluq etmişdir. Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı hissəni araşdırarkən məlum olmuşdur ki, bu hissədə araşdırma səthi aparılmış, iş üzrə bütün əhəmiyyətli hallar yoxlanılmadan qərar qəbul edilmişdir. Belə ki, protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə, “Araz” marketin qarşısındakı Kapital Bankın bankomatında Samirə Əlimovaya qarşı 250 manat dələduzluq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan tərtib olunmuş material Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il Qərarına əsasən “Təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir”. Beləliklə, məhkəmə hesab edir ki, Şəxsnun hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan onun barəsində tərtib olunmuş material Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 118, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Qərardaddan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3221/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3221/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver