Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3222/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müseyib Məhərrəm oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 oktyabr 2021-ci il tarixli MN 1129190-1385 nömrəli və MN 1129189-1384 nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 13.08.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən “Sevda” gözəllik salonuna daxil olub G.Hacıyevadan pul xırdalamaq adı ilə 40 manat alaraq ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, 13.08.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda 35 saylı binanın qarşısındakı gözəllik salonunda V.İsmayılovadan xırdalamaq adı ilə 50 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN 1129190-1385 nömrəli və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN 1129189-1384 nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3221/2021 və 3(060)-3222/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3221/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN 1129190-1385 nömrəli və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 05 oktyabr 2021-ci il tarixli MN 1129189-1384 nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3221/2021 və 3(060)- 3222/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3221/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3222/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3222/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver