Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3224/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.09.2021 -ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X6 şikayətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.09.2021 ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X6 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti onunla əsaslandırılmışdır ki, X4 Xidməti Bakı şəhər İdarəsinin 21.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinmiş və onun barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarın bir nüsxəsi 28.09.2021-ci il tarixdə X3 rəhbəri olduğu "xxxx" MMC-yə rəsmi qaydada daxil olduğundan həmin tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ yaranmışdır. İnzibati xəta haqqında qərar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməklə qəbul edildiyindən, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən təqsirli olub-olmadığı inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən işin halları tam, hərtərəfli araşdırılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən, yuxarıda qeyd edilən hallar o cümlədən inzibati xətanın (inzibati xəta hadisəsi və tərkibi) olub-olmaması araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. X1 30.10.2017-ci il tarixdə "xxxx" MMC-nin Nəzarət buraxılış məntəqəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Koronavirus (COV1D-19) pandemiyasının ölkəmizdə sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq "xxxx" MMC-nin əsas gəlir mənbəyi olan qeyri-yaşayış sahələrinin icarəyə verilməməsi və sərnişindaşıma fəaliyyətinin dayandırılması səbəbindən müəssisə üzrə ciddi maliyyə çatışmazlığının yaranması ilə əlaqədar işçilərin sayının ixtisarı zərurəti yaranmış və həmin səbəbdən Q.Xankişiyev ilə bağlanılmış əmək müqaviləsinə 26 aprel 2021-ci il tarixdə xitam verilmişdir. Bu zaman əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ona öncədən - 12 yanvar 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmiş (surəti əlavə olunur), hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyalarının icrasından azad edilmiş və ona müəyyən olunmuş məbləğdə işdənçıxarma müavinəti ödənilmişdir. İşçi ilə son haqq-hesab aparılmış, lakin hesablamalarda cəmi 25,64 manat məbləğində səhvə yol verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, səhv hesablama nəticəsində yaranmış fərq işçiyə sonradan ödənilmişdir. Belə bir vəziyyətdə müəssisə rəhbəri olaraq onun təqsiri mövcud deyildir. X1 ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2021-ci il tarixdə xitam verilmiş və onun müraciəti əsasında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin Baş direktoru Camal Sadıxov barəsində 5 ay sonra, yəni 21.09.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.09.2021 -ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, X1 ilə bağlanmış əmək müqaviləsinə 26 aprel 2021-ci il tarixdə xitam verilmiş və onun müraciəti əsasında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMCnin Baş direktoru Camal Sadıxov barəsində 5 ay sonra, yəni 21.09.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd olunanlardan göründüyü kimi, X1 26.04.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tutduğu vəzifədən azad edilmişdir. X4 Xidməti Bakı şəhər İdarəsinin gəldiyi nəticəyə görə, "xxxx" MMC-nin Baş direktoru Camal Sadıxov tərəfindən əmək qanunvericiliyinin tələbləri 26.04.2021-ci il tarixdə pozularaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti üç ay keçənədək verilə bilər. Buna baxmayaraq isə inzibati xətanın törədildiyi vaxtdan üç aydan çox müddət keçdikdən sonra, yəni 21.09.2021-ci il tarixdə «Azerbaijan Ground Services” MMC-nin Baş direktoru Camal Sadıxov barəsində X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti təmin olunmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X6 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 21.09.2021 -ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.6-cı maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3224/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3224/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver