Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-323/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 əmək müfəttişi X16, Şəxs nümayəndəsi və vəkili “De fendo” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X13 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə 24 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X3, X20 və başqa 5 şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X5 əmək müfəttişi X23 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X14, X3, X20, X4, X17, X18 və Abbasov Möhübbət Dəmir oğlunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (əmək müqaviləsi bağlamadan) işə cəlb edilməsi müəyyən edilmişdir. Sumqayıt ŞPİ-də araşdırma zamanı Şəxs MMC-nin direktoru X19 və Şəxs MMC-də işə cəlb edilmiş şəxslərin izahatları alınmış, daha sonra isə materiallar aidiyyəti üzrə onlara göndərilmişdir. Tərəfindən araşdırma aparılarkən həm Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 1 yerləşdiyi yerə (Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı Quba magistral yolunun 33-cü kilometrliyi) bildiriş göndərilmiş və araşdırmaya dəvət edilmişdir. Lakin, MMC-nin nümayəndəsi araşdırmada iştirak etməmişdir. Bundan sonra protokol tərtib edilmiş, protokolun surəti MMC-nin hüquqi ünvanına göndərilmiş və müvafiq çatdırma da olmuşdur. Bu barədə bildirişlərin və poçt sənədlərinin surətlərini təqdim edir. Həmçinin bildirmişdir ki, Şəxs MMC-nin direktoru X28 vəzifəli şəxs kimi də məsuliyyətə cəlb edilərək barəsində müvafiq tənbeh tətbiq etmə qərarı qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili “Vəkil bildirmişdir ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi dövrdə hər hansı bir hüquq pozuntusuna yol verməmiş, bütün vergiləri və icbari ödənişləri həyata keçirmişdir. 2023-cü ilin may ayında Şəxs MMC-nin fəaliyyəti maliyyə çətinliyi ucbatından gördüyü işləri dayandırmış, işçilərini qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad etmiş və istehsal sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. 2023-cü ilin sonunda hər hansı bir səbəb olmadan Sumqayıt ŞPİ-nin əməkdaşları bildirmişlər ki, guya Şəxs MMC-nin hansısa bir işçisinə 2023-cü ilin iyul ayı üçün əmək haqqı borcları qalmış və onlar onu ödəmədiklərindən sonuncunun şikayət ərizəsini araşdırılması üçün X21 Xidmətinin Abşeron X31 göndərmişlər. X21 Xidmətinin Abşeron X25 əməkdaşları hər hansı bir araşdırma aparmadan qərəzli formada müəyyən etmişlər ki, guya Şəxs MMC-nin 7 nəfər işçisi (X36 oglu, X30 oglu, X38 oglu, X33 oglu, X11 qizı, X22 gizi) qanunsuz olaraq, yəni yazılı formada əmək müqaviləsi bağlamadan əmək fəaliyyətinə cəlb edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Abşeron X34 hər hansı bir obyektiv araşdırma aparmadan tərəfləri araşdırmaya dəvət etmədən 24 yanvar 2024-cü il tarixdə MN ******* saylı İnzibati protokol edərək qanunsuz və əsassız olaraq aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərmişlər. Aşağıdakı səbəblərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Abşeron X25 24 yanvar 2024-cü il tarixli MN ******* saylı İnzibati protokolu üzrə başlanmış inzibati icraata xitam verilməsini hesab edir. Göründüyü kimi X21 Xidmətinin Abşeron X34 maraqlı şəxs kimi çıxış edərək hər hansı bir araşdırma aparmamışdır. Belə ki, 2023-cü ilin may ayında Şəxs MMC-nin istehsal sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. Belə olan halda heç cür Şəxs MMC-nin 2023-cü ilin iyul və ya dekabr aylarında işçisi ola bilməzdi. Bundan başqa Sumqayıt ŞPİ-nin qeyd etdiyi işçilərin hamısı ilə əmək müqaviləsi imzalanmış və onların hər biri əmək qanunvericiliyin tələblərinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışlar. Lakin Şəxs MMC-də yox, "xxxx" MMC-də. Bundan başqa qeyd etmək "xxxx" MMC-nin 25 nəfərdən artıq hazırda işçisi vardır, onların hər biri ilə əmək müqaviləsi imzalanmışdır və əmək qanunvericiliyin tələblərinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışlar. Nə Şəxs MMC-nin, nə də "xxxx" MMC-nin işçilərin əmək müqaviləsi imzalamadan hər hansı formada işlərə cəlb edilməsinə heç bir lüzum yoxdur. Belə ki, "xxxx" MMC hazırda fəaliyyətdədir, bütün vergiləri və digər icbari ödənişlərini vaxtlıvaxtında həyata keçirir. X21 Xidmətinin Abşeron X25 29 yanvar 2024-cü il tarixli 3-75/2- 4375/2024 saylı məktubunda inzibati xəta haqqında protokolun nömrəsi də düzgün göstərilməmişdir. Yəni, inzibati xəta haqqında məhkəməyə təqdim olunmuş protokolun nömrəsi MN ******* olsada, məhkəməyə ünvanlanmış 29 yanvar 2024-cü il tarixli 3-75/2- 4375/2024 saylı məktublarında həmin inzibati protokol MN ******* nömrəli göstərilmişdir. Eyni ilə həmin səhvə X21 Xidmətinin Abşeron X34 24 yanvar 2024-cü il tarixli MN ******* saylı Qərardadlarında da yol vermişlər. Bundan başqa X21 Xidmətinin Abşeron X25 24 yanvar 2024-cü il tarixli MN ******* saylı Qərardadının müəyyən edildi hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Abşeron X25 rəisi X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin olmayan normasına istinad etmişdir (199.1.7), hansıki belə bir norma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində müəyyən edilməmişdir. Bütün göstərilən hallar ona dəlalət edir ki, X21 Xidmətinin Abşeron X34 və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qərəzli mövqedən çıxış edərək Şəxs MMC barədə inzibati icraat başlamışlar. Əlavə olaraq xüsusi ilə vurğulamaq istəyirik ki, X21 Xidmətinin Abşeron X25 29 yanvar 2024-cü il tarixli 3-75/2-4375/2024 saylı məktubunda göstərilmiş şəxslər şəxslər "xxxx" MMC-nin rəsmi işçiləridir və Sumqayıt ŞPİnin qanunsuz olaraq apardıqları araşdırma dövründə həmin şəxslər ictimai əsaslarla "xxxx" MMC-də təcrübə keçmişlər. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - Şəxs MMC-nin direktoru X19 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, 2009-cu ildən Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kağızkarton istehsalı ilə məşğul olan Şəxs MMC-nin direktoru işləyir, xx.xx.2023-cü ildə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı 7 nəfər işçinin əmək müqaviləsi olmadan əməyə cəlb olunması aşkar edilmişdir. İnzibati xətaya yol vermişlər, lakin qısa müddətə bu halı aradan qaldıracağına söz vermişdir. - X7 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o təxminən bir ildir ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 400 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X1 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o təxminən bir ay yarımdır ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 450 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X15 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o təxminən bir aydır ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 450 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X2 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o təxminən dörd aydır ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 400 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X12 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 19:30-da işdən çıxır, aylıq maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X18 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o təxminən dörd ildir ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda çilingər kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 500 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X18 Sumqayıt ŞPİ-də verdiyi izahatın surətindən görünür ki, o təxminən bir il səkkiz aydır ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Şəxs MMC-yə məxsus karton istehsalı zavodunda mühafizəçi işləyir, aylıq maaşı 340 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. - X21 Xidməti X5 xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Şəxs MMC-nin direktoru X28 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat inzibati cərimə edilmişdir. - iş materiallarında olan bildirişlərdən və poçt sənədlərindən görünür ki, X21 Xidməti X13 tərəfindən Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 1 yerləşdiyi yerə (Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı Quba magistral yolunun 33-cü kilometrliyi) bildiriş və məktub göndərilmiş, həmin bildiriş və məktub ünvana çatdırılmışdır. - Şəxs MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 may 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı-Quba yolunun 33 km-də yerləşən 1600 kv.m. ərazini tutan kağız, karton istehsal obyekti "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - Şəxs MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş X14, X3, X20, X4, X17, X29 və Abbasov Möhübbət Dəmir oğlunun adından "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, onlar "xxxx" MMCdə ictimai əsaslarla təcrübə keçmələrinə köməklik göstərilməsini xahiş etmişlər. - Şəxs MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X14, X3, X20, X4, X17, X29 və Abbasov Möhübbət Dəmir oğlu xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işə qəbul edilmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, X14, X3, X20, X4, X17, X29 və Abbasov Möhübbət Dəmir oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı Quba magistral yolunun 33-cü kilometrliyində karton-kağız emalı müəssisəsi kimi fəaliyyət göstərən Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Qeyd edilən fakt xx.xx.2023-cü ildə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aşkar edilmiş, bununla bağlı Şəxs MMC-nin direktorunun və işə cəlb edilmiş şəxslərin izahatları alınmışdır. Şəxs MMC-nin direktoru izahatında yol verdikləri inzibati xətanı etiraf etmiş, işçilər isə Şəxs MMC-də əmək müqaviləsi olmadan müxtəlif işlərdə çalışdıqlarını bildirmişlər. Daha sonra araşdırma materialları aidiyyəti üzrə X21 Xidməti X8 göndərilmiş, həmin qurumda müvafiq inzibati xəta haqqında araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 3i yerləşdiyi yerə (Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı Quba magistral yolunun 33-cü kilometrliyi) bildiriş göndərilmiş və araşdırmaya dəvət edilmişdir. Lakin, MMC-nin nümayəndəsi araşdırmada iştirak etməmişdir. Bundan sonra protokol tərtib edilmiş, protokolun surəti MMC-nin hüquqi ünvanına göndərilmiş və müvafiq çatdırma da olmuşdur. Bu barədə bildirişlərin və poçt sənədlərinin surətləri məhkəməyə də təqdim edilmişdir. Məhkəmədə iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili qeyd edilən şəxslərin Şəxs MMC-də işə cəlb edilmədiyini, həmin şəxslərin "xxxx" MMC-də ictimai əsaslarla təcrübə keçdiklərini, daha sonra isə işə qəbul edildiklərini, həmçinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı Quba magistral yolunun 33-cü kilometrliyində olan müəssisənin "xxxx" MMC-yə icarəyə verildiyini, Şəxs MMC-nin isə hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. Bununla bağlı məhkəməyə müvafiq icarə müqaviləsi, həmçinin X14, X3, X20, X4, X17, X29 və Abbasov Möhübbət Dəmir oğlunun adından yazılmış ərizələrin surətlərini və həmin şəxslərin "xxxx" MMC-də işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərini təqdim etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlər iş üzrə Şəxs MMC-nin təqsirsizliyini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz, həmin sənədlər özünü müdafiə məqsədi ilə verilmiş və işin həqiqi hallarını əks etdirmir. Təqdim edilmiş sənədlərin işin həqiqi hallarını əks etdirməməsi aşağıdakı hallarla təsdiq edilir: - Şəxs MMC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba magistral yolunun 33-cü kilometrliyində olan müəssisədə fəaliyət göstərməməsi iddia edilsə də, həmin müəssisədə Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdikləri tədbirlə bağlı məhz Şəxs MMC-nin direktorunun izahat verməsi, izahatında yol verilmiş inzibati xətanı etiraf etməsi, həmçinin işə cəlb olunmuş şəxslərin də bu halları öz izahatları ilə təsdiq etməsi; - işçilərin Şəxs MMC-də işə cəlb edilmədiyi, "xxxx" MMC-də ictimai əsaslarla təcrübə keçmələri iddia edilsə də, işçilərin Sumqayıt ŞPİ-də fərqli izahat vermələri, işçilərin hamısının adından "xxxx" MMCyə yazılmış ərizələrin eyni tarixli (xx.xx.2023-cü il) olması, onların hamısının eyni tarixdə (xx.xx.2024-cü ildə), yəni iş məhkəmədə olan dövrdə işə qəbul edilməsi Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərin sənədlərin formal xarakter daşımasını, məhkəmədə olan hazırki iş üzrə məsuliyyətdən yayınmaq üçün düşünülmüş formada tərtib edilərək toplanmasını təsdiq edir. Bundan əlavə Şəxs MMC-nin nümayəndəsi və vəkili məhkəmədə baxılan protokolun MN1931836 nömrəli olsa da, müfəttişliyin məktubunda MN1931837 nömrəli qeyd edilməsini, həmçinin işin məhkəməyə göndərilməsi barədə qərardadda İXM-nin 199.1.7-ci maddəsinə istinad edilməsini, qeyd edilən normanın isə İXM-də olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazıda məhkəmədə baxılan protokol müvafiq müşayət məktubunda qeyd edildiyi kimi MN1931837 nömrəli protokoldur, həmçinin işin məhkəməyə göndərilməsi barədə qərardadda İXM-nin 199.1.7-ci maddəsinə deyil 109.1.7ci maddəsinə istinad edilmişdir. Beləliklə də, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə X21 Xidməti X6 Azərbaycan Respublikasının İXM-nin tələblərinə uyğun qaydada araşdırma aparılmışdır. İş üzrə məsuliyyəti istisna edən və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-323/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-323/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver