Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3233/2020 15.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsi polis sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxslər- X1 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 27-də qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixində gecə saatları 39-cu məhəllədə yerləşən kafedən 18 manat dəyərində şirniyyat və 20 litr Bavariya pivəsi oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/12, mənzil 38-də yaşayan Elmidar Hüseynova məxsus 41-ci məhəllə, ev 2, mənzil 1 ünvanında su sayğacını oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 tərtib etdiyi protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə gecə saatları 39-cu məhəllədə yerləşən kafedən 18 manat dəyərində şirniyyat və 20 litr Bavariya pivəsi oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/12, mənzil 38-də yaşayan Elmidar Hüseynova məxsus 41-ci məhəllə, ev 2, mənzil 1 ünvanında su sayğacını oğurlamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X12 tərəfindən xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir və faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Oğurluğun Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li, xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə X3 məxsus ünvan 2 ünvanından "DN-20" mexaniki su sayğacını oğurlamışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri 39cu məhəllə ərazisində yerləşən kafeyə qapı kilidini açmaqla daxil olaraq oradan 18 manat dəyərində müxtəlif növ şirniyyat və 2 manat dəyərində 20 litr "Bavariya" markalı pivəni oğurlamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, zərərçəkmiş şəxslər X5 və X7 ilə barışmışdır, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2020-ci il tarixində xırda təmir işlərini görmək üçün yeni aldığı mənzilə getmiş, mənzildə olarkən su gəlmədiyi üçün əsas xətti açmaq istədikdə su sayğacının yerində olmadığını, açılaraq aparıldığını aşkar etmişdir. Buna görə də su idarəsinə müraciət etmiş, orada ona polisə məlumat verməyi məsləhət görmüşlər. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixə keçən gecə naməlum şəxsin onun icarə qaydasında işlətdiyi Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən kafeyə qapı kilidini açmaqla daxil olub oradan 18 manat dəyərində müxtəlif növ şirniyyat və litri 2 manatdan 20 litr "Bavariya" markalı pivəni oğurlayaraq ona cəmi 58 manat məbləğində maddi ziyan vurduğunu bildirmişdir. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə daxil olmuş barəsində inzibati xətta haqqında iş üzrə icraat aparılan şəxsin ərizəsindən görünür ki, etdiyi əməldə özünü təqsirli bilir, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxslər iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3233/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3233/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver