Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3234/2022 30.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi:Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 18-ci məhəllə, yataqxana 2, otaq 128 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində “Fəxri” marketin qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxsin nümayəndəsi Sumqayıt ŞPİ-nin 3-cü PBnin polis sahə rəisi X3 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində Fəxri marketin qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Fəxri marketin qarşısına düşmüşdür. Orada mübahisə yarandığını görmüşdür. Həmin əraziyə yaxınlaşmışdır. İki nəfər şəxs mübahisə etmişdir. Onları sakitləşdirməyə çalışmışdır. PPX xidməti əməkdaşları onu kobud surətdə maşına mindirərək bölməyə gətirmək istəmişlər, buna etiraz etmişdir. Onu məcburi qaydada avtomobilə oturdaraq bölməyə aparmışlar. Etdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:55 radələrində 9136 çağırışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Mirzəyev Fəridlə birgə Heydər Əliyev prospektində xidmət aparan zaman efir vasitəsilə 9119 çağırışlı manqa komandiri, polis baş serjantı X4 Əliyev prospektində yerləşən Fəxri marketin qarşısında bir neçə nəfər şəxslərin mübahisə etdiyini bildirmişdir. Onlar da həmin yerə təcili özlərini çatdırmışlar. Həmin yerə çatan zaman kütləvi vətəndaşların toplaşdığını görmüşlər. Bir nəfər şəxsin ünvansız küçə söyüşlərini polisin ünvanıına yağdırdığını görmüşlər. Onlar həmin vətəndaşı kütlənin içindən götürüb avtopatrula əyləşdirən zaman polisin qanuni tələblərinə riayət etməmiş və üzərində olan dövlət atributlarına əl ataraq şevron və paqonlarını söküb qopardıb yerə atmışdır. Onlar həmin vətəndaşa fiziki qüvvədən istifadə edərək avtopatrulun saxlanc yerinə oturdub aidiyyatı üzrə 3-cü PB-nə gətirib təhvil vermişlər. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” A/2135 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, Şəxs orta dərəcli alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi əməli sərxoş vəziyyətdə törətməsi müəyyən edilmişdir, məsuliyyətini yüngülləşdirən hallar əməlindən peşman olmasıdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “İnzibati qaydada tutma” protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:50-də tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 11:55-də azad olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:50-dən xx.xx.2022-ci il tarixə, saat 11:55-dək tutulduğu müddət nəzərə alınsın və üzərində 100 (bir yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3234/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3234/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver