Məhkəmə qərarları › İş №3(060)-3235/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3235/2022

30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3235/2022 30.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən “Loanta” çay evində X3 döyərək ona bədən xəsarəti yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxsnın barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən “Loanta” çay evində X3 döyərək ona bədən xəsarəti yetirmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəcəbli Röyal tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxsnın əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs göstərdi ki, Şölə adlı qadını təxminən 6 aya yaxındır ki, tanıyır. Şöləni o kafedə ofisiant işlədiyi vaxtdan tanıyır. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Şölənin işlətdiyi Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən “Lokanta” kafesində olan zaman Şölə onların söhbətinə müdaxilə etdiyi üçün aralarında mübahisə olmuş və onun üzərinə gəldiyi üçün Şölənin sinəsindən itələmişdir. Daha sonra oranı tərk etmişdir. Bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X3 izahatından görünür ki, xx.xx.2022ci il tarixində Qüdrət adlı şəxs onu döyüb başına yumruqla zərbə endirmişdir. Hal-hazırda o 1 saylı xəstəxanada müalicə alır. Təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Cəfərli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 4-cü PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 1696 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boynun sağ səthinin aşağı 1/3-nin qançırı, sol gicgah nahiyyənin 2 ədəd sıyrıqları. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin müayiəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxsnın məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 15:00-da azad olunmuşdur. Bu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs xx.xx.2021-ci il tarixdə, saat 20:30-dan xx.xx.2022-ci il saat 15:00-dək tutulduğu müddət nəzərə alınsın və üzərində qəti olaraq 200 manat cərimə cəzası saxlansın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar