Məhkəmə qərarları › İş №3(060)-3235/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3235/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3235/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu hüquqi şəxsin vəzifəli şəxsi Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 nömrəli icra sənədi üzrə qalıq 27940 manat məbləğində borcunu üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndəsi gəlməmiş və ya gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 izahatında bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 nömrəli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 may 2020-ci il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə 33693,80 (otuz üç min altı yüz doxsan üç manat, səksən qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 34208,8 (otuz dörd min iki yüz səkkiz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Şəxs icra idarəsinə dəvət edilmiş, onun izahatları alınmış və xəbərdarlıqlar edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə (VÖEN: **********) məxsus "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-dəki bütün hesablarda olan pul vəsaitləri üzərinə tələb həcmində həbs qoyulmuş və hesablarda olan qalıq pul məbləği barədə məlumat verilmişdir. Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimata olan 3 nömrəli əlavəyə əsasən tərtib olunmuş xx.xx.2024cü il tarixli 247265/24 nömrəli İnkasso Sərəncamına əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin hesabından Sumqayıt şəhəri üzrə İcra idarəsinin depozit hesabına 8769 manat borc köçürülmüşdür. "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin bank hesabına müvafiq olaraq xx.xx.2025-ci il tarixində 1903 manat, xx.xx.2025ci il tarixində 1500 manat, xx.xx.2025-ci il tarixində 1500 manat, xx.xx.2025-ci il tarixində 1000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat məbləğində ödəniş edilmişdir. O, izahatlarında hər ay 1000 manat olmaqla icra sənədi üzrə borcunu ödəyəcəyini qeyd etsə də, icra sənədi üzrə borcunu ödəməmişdir. Məhkəmədən qeyd edilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli olduğunu, icra sənədi üzrə borcunu hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq qeyd etmişdir ki, onun rəsmi əmək haqqı 400 manatdır. Hər ay icra sənədi üzrə borcundan 1500 manat məbləğində ödəniş edə bilər. Məhkəmədən icra sənədi üzrə borcunun hissəhissə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 nömrəli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 may 2020-ci il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə 33693,80 (otuz üç min altı yüz doxsan üç manat, səksən qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 34208,8 (otuz dörd min iki yüz səkkiz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 nömrəli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. xx.xx.2024-cü il tarixdə qərar və bildiriş Şəxs tərəfindən qəbul edilmişdir. Tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə (VÖEN: **********) məxsus "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-dəki bütün hesablarda olan pul vəsaitləri üzərinə tələb həcmində həbs qoyulmuş və hesablarda olan qalıq pul məbləği barədə məlumat verilmişdir. Qərarın icrası "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-yə tapşırılmalıdır. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 10396/36 saylı məktuba verilmiş cavab məktubundan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(119)-469/2024 saylı icra vərəqəsinin icrası ilə bağlı “YANĞİN.AZ " MMC-nin hesablarına həbs qoyulmuşdur. Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimata olan №3 əlavəyə əsasən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 247265/24 nömrəli İnkasso Sərəncamı tərtib edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 10396/36 saylı məktuba və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 saylı icra vərəqəsinə əsasən verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-nin müəyyən edilmiş hesablaşma hesablarına qoyulan həbsin icraya qəbul edilməsi təmin olunmuşdur. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 11977/36 saylı məktuba verilmiş cavab məktubundan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-469/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə əlaqədar olaraq, "xxxx" MMC-nin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli inkasso sərəncamı icraya qəbul edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 11977/36 saylı məktuba verilmiş cavab məktubundan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-469/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə əlaqədar olaraq, "xxxx" MMC-nin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli inkasso sərəncamı icraya qəbul edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 7.8-ci bəndinə əsasən ödəyicinin bank hesabında vəsait olmadıqda və ya çatışmadıqda inkasso sərəncamı bank tərəfindən icraya qəbul olunduğu gündən 2 (iki) ay müddətində icraçı bankda saxlanılır. Bu müddətdə inkasso sərəncamı tam və ya qismən icra olunmadıqda icraçı bankın məsul şəxsi bu barədə icra sənədinə qeyd yazır və öz imzası və ştampı ilə təstiqləyərək müddət başa çatdığı gündən 2 (iki) iş günü gec olmayaraq icra məmuruna təqdim edilir. Bunu nəzərə alaraq, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-469/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə əlaqədar olaraq, "xxxx" MMC-nin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli inkasso sərəncamı ABB tərəfindən müddəti bitdiyi üçün icra olunmadan geri qaytarılmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2024-cii il tarixli 11976/36 saylı məktuba və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli iş № e-2-2(119)-469/2024 olan icra vərəqəsinə əsasən təqdim edilmiş 3-/61/-3128/21022 nömrəli cavab məktubundan görünür ki"xxxx" MMC-nin müəyyən edilmiş hesablaşma hesablarına qoyulan inkasso sərəncamının 2 ay icra müddəti bitdiyi üçün qüvvədən düşmüş hesab edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMCnin Bank Respublika ASC-də olan hesabına xx.xx.2024-cü il tarixli, 247265/24 nömrəli inkasso sərəncamı daxil olmuşdur. Sərəncam banka xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Həmin gün dərhal icraya qəbul edilmiş, hesabda vəsait olmadığı üçün sərəncam məbləği qədər vəsait (34208.80 AZN ) bloklanmışdır. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Təlimatın 7.8-ci bəndinə əsasən inkasso sərəncamının 2 ay icra müddəti bitdiyi üçün sərəncam bloku hesabdan götürülmüşdür. Həmin müddət ərzində hesaba vəsait daxil olmadığı üçün sərəncam tam və ya qismən icra edilməmişdir. Qəbzlərdən görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin bank hesabına müvafiq olaraq xx.xx.2025-ci il tarixində 1903 manat, xx.xx.2025ci il tarixində 1500 manat, xx.xx.2025-ci il tarixində 1500 manat, xx.xx.2025-ci il tarixində 1000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, YANĞİN.AZ" MMC-nin direktoru Şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin AZ71CTRE000000000 **********1 nömrəli bank hesabına müvafiq olaraq xx.xx.2025-ci il tarixdə 2500 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-469/2024 nömrəli icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 34208,8 (otuz dörd min iki yüz səkkiz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs borcunu bir dəfəyə ödəyə bilmədiyini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş üzrə həmçinin, müəyyən edilmişdir ki, hazırki Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli protokolu Şəxs direktoru olduğu "xxxx" MMC-nin borcunun ödənilməməsinə görə vəzifəli şəxs olaraq məsuliyyətə cəlb edilməsi üçün tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 16-cı maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar