Məhkəmə qərarları › İş №3(060)-324/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-324/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-324/2022 14.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş MN 06747477 saylı 01.18.12.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin rəisi, polis polkovnikleytenantı X3 tərəfindən qəbul edilmiş MN 06747477 saylı 18.12.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 izahatında bildirmişdir ki, 18.12.2021-ci il tarixdə saat 00:20 radələrində H.Ztağıyev qəsəbəsində yerləşən “Qarabağ” Playstation salonunda gecə 00:00-dan sonra obyektdə olduğuna görə polis tərəfindən saxlanılmışdır. Həmin zaman o polis bölməsinə aparılıb və barəsində Azərbaycan Respublikasının İXMnin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Həmin protokola əsasən o 200 manat məbləğində cərimə edilmişdir. Lakin o obyektlərin gecə saat 0:00-dan sonra işləməyinin qadağan olduğunu bilmədiyini və bu səbəbdən orada olduğunu, obyekt sahibi tərəfindən də bununla bağlı hər hansı məlumatın verilmədiyini bildirmişdir.Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunmuş 18.12.2021-ci il tarixli, MN 06747477 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 18.12.2021-ci il tarixli, MN 06747477 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından və X2 izahatından göründüyü kimi, Orxan Quliyev saat 00:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazəsində yerləşən “Qarabağ” Playstation klubunda olduğnu etiraf edərək həmin hissəni mübahisələndirmir, belə bir qadağanın mövcudluğundan xəbəri olmaması səbəbindən qərarın ləğv edilməsini xahiş edir. Lakin, şikayətçinin göstərdiyi səbəb barəsində tətbiq edilən inzibati tənbehi aradan qaldırmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş MN 06747477 saylı 18.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X4 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Sumqayıt şəhər Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş MN 06747477 saylı 18.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş MN 06747477 saylı 18.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN 06747477 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar