Məhkəmə qərarları › İş №3(060)-3242/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3242/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3242/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şəxs nümayəndəsi və direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Pİ-nin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi X5 Şöbəsi tərəfindən Şəxs barəsində 21 sentyabr 2021-ci il tarixli, AP N ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin 07.07.2021-ci il tarixdə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Mənzi Tikinti Kooperativinin nümayəndəsi və direktoru X2 bildirdi ki, Sumqayıt şəhər Pİ-nin DYP Şöbəsindən inzibati xəta ilə bağlı hər hansı bir rəsmi sənəd daxil olmamışdır. Səlahiyyətli orqanın müvafiq sorğusu Şəxs MTK-ə inzibati materiallarda göstərilən tarixdə daxil olmadığı üçün hər hansı məlumatın verilməsi də mümkün olmamışdır. Məhkəməyə təqdim olnmuş snədlərdən aydın görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman əlahiyyətli orqan tərtib etdiyi inzibati xəta haqqında protokolda hüquqi ünvanlarını səhvən ünvan 1 ünvanları ünvan 2craata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər polis idarəsi X5 şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan Sumqayıt Nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan Şəxs-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 əməkdaşı tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Şəxsnə məxsus **-AS-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz V 250 minik» markalı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən 07.07.2021-ci il tarixdə, saat 11:24-də Yevlax-Xocalı-Laçın yolu 17 km-də yolda müəyyən edilmiş hərəkət surətini 27 km/saat həddində aşmışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 əməkdaşı tərəfindən 05 iyul 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş AP seriyalı ******* №li inzibati xəta haqqında protokolda **-AS-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz V 250 minik» markalı avtomobilin inzibati xəta törədilərkən idarə edən fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan Şəxs tərəfindən 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi göstərilsə də, Şəxs həmin sorğunu səhv ünvana göndərildiyindən ala bilməmiş və məlumat verə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsinin X5 Şöbəsi tərəfindən Şəxs barəsində 21 sentyabr 2021-ci il tarixli, AP ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar