Məhkəmə qərarları › İş №3(060)-3245/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3245/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3245/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt Şəhər Polis İdarəsi 4cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Qazax rayonu, 2-ci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci -ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 06.10.2021-ci il tarixli, MN seriyalı, ******* №li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 02.10.2021-ci il tarixdə saat 00:19 radəsində Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində səs-küy salaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02.10.2021-ci il tarixdə təxminən saat 00:05 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə 1-ci mikrorayon ərazisində dostu Aminin idarə etdiyi VAZ 21099 markalı 10LS468 dövlət qeydiyyat nişanlı avtomaşınla 1-ci mikrorayon ərazisində yerləşən çayxanadan çıxıb Binqədi rayonunda yaşayan Ruslan dayısı oğlu ilə görüşməyə getmək istəyərkən 1-ci mikrorayon ərazisində, N.Nərimanov küçəsində DYP-nin yol patrul xidməti tərəfindən avtomaşına saxla işarəsi verilmişdir. Avtomaşını idarə edən dostu Ruslan Sülh-Nərimanov küçələrinin kəsoşməsinə yaxın olduğundan həmin kəsişmədən sağa dönüb maşını Sülh küçəsində saxlamışdır. O bu zaman dostu Ruslana bildirmişdir ki, yəqin ki təhlükəsizlik kəmərini taxmadığına görə saxlanılmışdır. Ruslan avtomaşından düşüb YPX-yə yxınlaşmışdır. O isə avtomaşında oturmuşdur. 10 dəqiqə keçsə də, Ruslan gəlmədiyindən o maşından düşərək onun yanında dayanmışdır. Onlar tələsdiyindən Ruslan YPX əməkdaşlarına cərimə tətbiq etməsini bildirmişdir. Bundan anlaşılmazlıq yaranmış və mübahisəyə çevrilmişdir. YPX-nin Ruslanla danışığından mübahisə daha da qızğınlaşmışdır. Mübahisə böüdüyündə YPX əməkdaşları PPX əməkdaşlarını hadisə yerinə dəvət etmişlər. Dostu Ruslan YPX tərəfindən müyainədən keçmək üçün narkoloji dispanserə aparılmışdır. Törətdiyi əməldən peşmandır. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 bildirdi ki, hüquqlarını qoruduğu Şəxs heç bir qayda pozuntusuna yol verməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, VAZ 21099 markalı avtomaşnın sürücüs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Bu zaman Samir adlı şəxs əsəbiləşərək onlar tərəfə gəlmiş, cəmiyyəti başına yığmaq istəmişdir. Özü də telefona çəkirdi. Onlar Samir demişlər ki səs yazmasın. Onlar çıxardırb video təqdim etmişlər. Sürücü ilə birlikdə 5 nəfər olmuşlar. Mübahisə yarandığından onlar oraya PPX əməkdaşlarını dəvət etmişlər. Sonra isə sürücünü müayinə üçün narkoloji dispanserə aparmışlar. Məhkəmə iclasında digər şahid X10 da şahid X3 izahatına uyğun izahat verdi. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin TİQ-nin baş inspektoru, polis polkovniki Fazil Aslanovun 07.10.2021-ci il tarixli raportundan görünür ki, Sumqayıt şəhəri, N.Nərimanov küçəsində VAZ 21099 markalı AZ ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı İsa Hüseynov tərəfindən nəqliyyat vasitəsinə saxla əmri verilmişdir. Sürücü barəsində tədbir görülərkən sərnişin qismində əyləşən Şəxs 02.10.2021-ci il tarixdə saat 00:19 dəqiqədə yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. İş materiallarında olan inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat əbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06.10.2021-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuş və 07.10.2021-ci il tarixdə saat 12:05-də azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ancaq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni xırda xuliqanlıq etməsi təsdiq edilmir, bununla bağlı sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddənin sanksiyasında tənbeh tətbiq edilməlidir. Ancaq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni xırda xuliqanlıq etməsi təsdiq edilmir, həmin maddə ilə olan hissədə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həddə cərimə cəzası tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğinə cərimə edilsin. Şəxs tutulub saxlanıldığı 1 (bir) gün nəzərə alınsın və üzərində 100 (bir yüz) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar