Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-325/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs Əhmədov Azər Mehman oğlunun iştirakı ilə, Qərardan şikayət vermiş şəxs Əhmədov Azər Mehman oğlunun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs Əhmədov Azər Mehman oğlunun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əhmədov Azər Mehman oğlu şikayətini onunla əsaslandırdı ki, 18.12.2021-ci il tarixində saat 00:20 radələrində H.Z.Tağıyev qəsəbəsində yerləşən playstation salonunda gecə yarısını keçdiyinə görə obyektdə olduğundan cərimə olunmuşdur. Polis bölməsinə aparılaraq haqqında protokol tərtib olunmuş, çıxarılan qərara əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Lakin obyektə saat 23:00 radələrində gəlmişdir. Həmçinin karantin qaydalarının bu hissəsindən xəbərsiz olmuşdur. Bu barədə məlumatı olmayıb, bu vaxta qədər karantin qaydalarına ciddi riayət etmişdir. Heç bir qayda pozuntusuna yol verməmişdir. Bütün bunları nəzərə alaraq Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş – Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materiallar Əhmədov Azər Mehman oğlu Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 18.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Əhmədov Azər Mehman oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-325/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-325/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver