Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3250/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Səvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 20.10.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Səvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 20.10.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb X1 Xızı rayonu, Xanagah kəndi dağlıq ərazidə 05.05.2021-ci il tarixdə qadağan olunmuş müddətdə qadağan olunmuş ərazidə qanunsuz ov fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan hərbi qulluqçudur, rütbəsi kiçik gizirdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Səvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20.10.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)-3250/2021 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilsin. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3250/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3250/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver